Son 6 ildə Türkiyə Mərkəzi Bankının 5 dəfə sədri dəyişib - Müddəti başa vurmadan vidalaşırlar
Türkiyə Prezident idarəetmə sisteminə keçdikdən sonra Mərkəzi Bankın sədri vəzifəsinə təxminən altı ildə 5 fərqli ad təyin edilib. Beş nəfərin hamısı dörd illik qanuni müddətini başa vurmadan vəzifəsini tərk etməli olub. Son üç ildə TCMB-ni tərk edən dörd sədr olub.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankınının (TCMB) sədri Hafize Gaye Erkanın istefası Türkiyəni sarsıdıb. 2023-cü il iyunun 8-də bu vəzifəyə təyin olunan Erkan yalnız 8 ay sədt kürsüsündə otura bildi. O, TCMB-nin ilk qadın sədri olub.
Marja.az xəbər verir ki, 24 iyun 2018-ci il seçkilərindən sonra Prezident Hökümət Sisteminə keçiddən sonra, Prezident Tayyib Ərdoğanın qərarı ilə TCMB sədrinin səlahiyyət müddəti 5 ildən 4 ilə endirilib. Lakin o vaxtdan bəri qısaldılmış dörd ili heç kim tamamlaya bilməyib. Bu müddət ərzində beş sədr səlahiyyət müddətini başa vurmadan TCMB ilə vidalaşmalı olub.
Bu dövrdə Türkiyə məzənnə böhranları ilə üzləşib, inflyasiya da son 26 ilin pik həddinə yüksəlib.
ÇETİNKAYA, UYSAL, AĞBAL, KAVCIOĞLU, ERKAN
Ərdoğanın, Prezident Hökümət Sisteminə keçdikdən sonra TCMB sədri Murat Çetinkayanı vəzifədən azad edib. Murat Uysal, 6 iyul 2019-cu ildə "aşağı faiz" təlimatını yerinə yetirmədiyi üçün vəzifəsindən uzaqlaşdırılan Çetinkayanın yerinə təyin edilib. 2016-cı il aprelin 20-də bu vəzifəyə təyin olunan Çetinkaya 3 il sədr kürsüsündə otura bilmişdi.
2019-cu ilin iyul ayında TCMB sədri vəzifəsinə təyin edilən Uysal, faiz endirimləri ilə məzənnə böhranına səbəb olmuş və təxminən bir illik səlahiyyət müddəti bitdikdən sonra 7 noyabr 2020-ci ildə vəzifəsindən azad edilmiş və yerinə Naci Ağbal gətirilmişdi.
Naci Ağbal 2020-ci ilin mart ayında faiz dərəcələrini 17 faizdən 19 faizə qaldırdığı üçün vəzifəsindən azad edildi. Ağbal cəmi dörd ay vəzifədə qala bildi.
Ağbalın yerinə təyin olunan Şahap Kavcıoğlu Ərdoğanın göstərişi ilə faizləri aşağı salaraq seçkilərdə qalib gəlməyə kömək etməyə çalışdı. Bu dövrdə məzənnə və inflyasiyada yenidən "partlayış" baş verdi. Seçkilərdən sonra, Kavcıoğlu da 8 iyun 2023-cü ildə vəzifəsindən azad edildi. Kavcıoğlu iki ilə yaxın vəzifədə qala bildi.
Kavıoğlunun yerinə təyin olunan Hafize Gaye Erkan vəzifədə cəmi 8 ay qala bildi. O dünən istefa etdiyini və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan vəzifəsindən azad olunmasını istədi. Beləliklə, son üç ildə TCMB dörd sədri ilə vidalaşdı.
Bu gün "Rəsmi Qəzet"də dərc olunan Fərmana görə, Fatih Karahan TCMB-nin sədri təyin olunub. O, Mərkəzi Bankda sədr müavini idi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
9 saat əvvəl
İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
-
-
9 saat əvvəl
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
-
11 saat əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 13 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib


ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
Ən çox oxunanlar

Başlamasına artıq sayılı günlər qaldı

İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət
