"Tezliklə istifadəçilərimiz Azərbaycandan Türkiyəyə, pul kisəsindən pul kisəsinə pul köçürə biləcəklər"
Türk dövlətlərində yaşayan istifadəçilərin maliyyə həllərinə tək platformada çıxışını təmin edən Türkiyə startapı "Turan", "United Payment"in rəhbərlik etdiyi növbəti investisiya turunda 35 milyon türk lirəsi (təxminən 2 milyon manat) investisiya alıb. Turda "APY Ventures" də iştirak edib.
Marja.az xəbər verir ki, finteç startapı "Turan"; Türkiyə, Azərbaycan, Şimali Kipr, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Qazaxıstan arasında saniyələr ərzində pul köçürülməsinə imkan yaradır. Startap istifadəçilərinə fiziki və virtual "Turan" kartları, 24/7 pul köçürmələri, təmassız ödənişlər, fakturaların ödənilməsi və QR kodu ilə ödəniş kimi bir çox xidmətlər də təqdim edir.
2022-ci ildə qurulan "Turan" hazırda 300 mindən çox istifadəçiyə çatıb. Startapın Türkiyə, Azərbaycan və Özbəkistanda ofisləri var.
"Turan"ın qurucusu Özgür Bayraktar: “Türk dövlətləri arasında rəqəmsal pul köçürmə dəhlizi yaratmaq məqsədimizdə ilk olaraq Azərbaycandakı fəaliyyətimizi sürətləndirdik. Tezliklə istifadəçilərimiz Azərbaycandan Türkiyəyə, Türkiyədən də Azərbaycana pul kisəsindən pul kisəsinə olmaqla pul köçürə biləcəklər (cüzdandan cüzdana para transferi). Bizim əsas məqsədimiz eyni modeli bütün Türk dövlətlərində tətbiq etməklə və vahid pul kisəsi infrastrukturu ilə dövlətlər arasında rəqəmsal pul köçürmələrini təmin etməklə dəhlizlərimizi tamamlamaq olacaq”.
“Görünməz gücümüz "United Payment"ə ilk gündən bizə etibar etməyə və inanmağa davam etdiyinə və birlikdə çıxdığımız bu səyahətdə bütün maliyyə infrastrukturumuzu təmin etdiyinə görə təşəkkür edirəm. İnanırıq ki, bu ardıcıl investisiya strateji əməkdaşlığımızın dərinləşdirilməsində mühüm addımdır”, - Özgür Bayraktar əlavə edib.
"United Payment"in baş direktoru İlker Sözdinler, “United Payment olaraq genişləndiyimiz xarici bazarlarda sərmayə qoyduğumuz startapları dəstəkləyir və bizimlə birlikdə onların böyüməsinə böyük əhəmiyyət veririk. Biz qabaqcıl infrastruktur imkanlarımızdan, eləcə də dinamik və innovativ startap komandalarından istifadə etməklə birlikdə ekosistem yaradırıq. Yarandığı gündən bu yana investor və iş ortağı kimi yanında olduğumuz "Turan" təklif etdiyi xidmətlərlə bu ekosistemin mühüm bir hissəsini təşkil edir”, - deyib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 7 d. əvvəl
-
11 d. əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ən çox oxunanlar
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi






















