Azərbaycanın dövlət borcunda böyük artım
2023-cü il 31 dekabr tarixinə Azərbaycanın cəmi dövlət borcu (xarici və daxili) 26 milyard 883,6 milyon manat təşkil edib. Ötən il ümumi dövlət borcu 11 milyard 317 milyon manat artıb.2023-cü il 31 dekabr tarixinə Azərbaycanın xarici dövlət borcu 6 milyard 480,7 milyon ABŞ dolları (11 milyard 17,2 milyon manat) ekvivalentində və ya Ümumi Daxili Məhsulun (ÜDM) 9 faizini təşkil etmişdir.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2023-cü il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 milyon ABŞ dolları (361,2 milyon manat) və ya 3,2 faiz azalmışdır.
Azərbaycan Respublikası ilə beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit sazişləri çərçivəsində 2023-cü il ərzində 148 milyon ABŞ dolları (251,6 milyon manat) məbləğində kredit vəsaitindən istifadə edilmişdir.
Operativ məlumatlara əsasən, 2023-cü il 31 dekabr tarixinədaxili dövlət borcu 15 milyard 866,4 milyon manat təşkil etmişdir. Daxili dövlət borcunun məbləği 2023-cü ilin əvvəli ilə müqayisədə 11 milyard 678,2 milyon manat həcmində artmışdır. Artımın əsas səbəbi 9 milyard 351 milyon manat məbləğində dövlət zəmanətli öhdəliklərinin dövlət borcuna aid edilməsi, bununla yanaşı dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövlət istiqrazlarının yerləşdirilməsi olmuşdur. Daxili dövlət borcunun ÜDM-ə nisbəti 2023-cü ilin 01 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə 9,8 faiz-bəndi artaraq 3,1 faizdən 12,9 faizə çatmışdır.
Dövlət borcunun tərkibində xarici dövlət borcunun xüsusi çəkisi son 5 ildə 29,8 faiz-bənd azalaraq 92,6 faizdən 62,8 faizə enmiş, daxili dövlət borcunun xüsusi çəkisi isə müvafiq olaraq (dövlət borcuna yenicə aid edilmiş dövlət zəmanətli öhdəliklər istisna olmaqla) 7,4 faizdən 37,2 faizədək artmışdır.
2023-cü il 31 dekabr tarixinə Azərbaycanın cəmi dövlət borcu (xarici və daxili) 26 milyard 883,6 milyon manat təşkil edib. Ötən il ümumi dövlət borcu 11 milyard 317 milyon manat artıb.
2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə icra 1 milyard 182,5 milyon manat proqnoza qarşı 1 milyard 31,9 milyon manat və ya 150,6 milyon manat az (12,7 faiz) olmuşdur. Sözügedən vəsaitin 772,3 milyon manatını xarici dövlət borcu üzrə xərclər (254,8 milyon manat əsas borc və 517,5 milyon manat faiz borcu), 259,6 milyon manatını isə daxili dövlət borcu üzrə faiz borcu təşkil etmişdir.
2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə 150,6 milyon manat məbləğində qənaət olunmuş vəsait (o cümlədən xarici dövlət borcu üzrə 145,2 milyon manat, daxili dövlət borcu üzrə isə 5,4 milyon manat) “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.4-cü yarımmaddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 20 d. əvvəl
-
33 d. əvvəl
“Qəbələ İnşaat” MMC maliyyə göstəricilərini açıqladı - Hesabatlar və müstəqil auditorun rəyi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeyinti məhsulları idxalı 634 milyon dolları "yeyib" - DAHA DA ARTIB
-
8 saat əvvəl
İran, İslamabadda danışıqların ikinci raundu ilə bağlı yayılan xəbərləri təkzib edib
-
9 saat əvvəl
"İran, ABŞ ilə yeni növbəti danışıqlarda iştirak etməkdən imtina edib"
-
9 saat əvvəl
Məşhur uşaq qidası markasının məhsulunda siçan zəhəri aşkarlanıb: Məhsul geri çağırıldıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
Bolqarıstanda seçkilərdə Rumen Radev öndədir
İran, İslamabadda danışıqların ikinci raundu ilə bağlı yayılan xəbərləri təkzib edib
Ən çox oxunanlar
Məşhur uşaq qidası markasının məhsulunda siçan zəhəri aşkarlanıb: Məhsul geri çağırıldıb
Dizayn dünyasında inqilab: Claude Design
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Avropada təbii qazım qiyməti kəskin düşdü
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Baku Electronics-də sərfəli endirim havaları davam edir!






.jpg)






.jpg)




