Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Analitiklər: OPEC+ anlaşmasının uzadılması çətin olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Analitiklər: OPEC+ anlaşmasının uzadılması çətin olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC+ anlaşmasının 2018-ci il aprel ayının 1-dən fəaliyyətini dayandırması gözlənilir.

 

"TASS" agentliyi xəbər verir ki, buna səbəb Rusiyanın anlaşmadan çıxması amili ola bilər. Belə ki, "TASS"ın analitikləri tərəfindən aparılan sorğuda anlaşmanın 2018-ci ilin mart ayından sonra uzadılması ehtimalı çox azdır. 


Analitiklərin fikrincə, ən çox anlaşmadan çıxmaq istəyən ölkə məhz Rusiyadır. Rəsmi Moskva əvvəldən hasilatın azadılmasına çətinliklə razılaşıb. Çünki RF son illərdə yeni layihələrə önəmli investisiyalar yatırıb ki, bu da ölkənin ən azı 2019-cu ilin sonuna qədər hasilatı artırmasını təmin etməlidir.


"Sberbank"ın analitiki Valeriy Nesterov hesab edir ki, Rusiya böyük ehtimalla hasilatın azaldılması anlaşmasının uzadılmasına razı olmayacaq. Belə ki, neftçilər hasilatın cari artım potensialından maksimum faydalanmaq istəyir və rəqiblərini öz istehlak bazarına buraxmağı düşünmür: "Hazırda neft sektorunda Rusiya ilə yanaşı bir çox ölkə anlaşmanı bitirmək istəyir".


"Fitch" beynəlxalq reytinq agentliyinin korporasiyalar şöbəsinin müdiri Dmitriy Marinçenkoya görə, bu dəfə anlaşmanın uzadılması barədə razılığa gəlmək çətin olacaq.

 

© Report

07.08.2017 15:47
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18