2024-cü ildə pərakəndə satış sektoruna təsir edəcək 5 mühüm faktor
Son 10 ildə pərakəndə satış sektoru texnoloji yeniliklər və dəyişən istehlakçı gözləntiləri hesabına əhəmiyyətli dərəcədə dəyişib. 2023-cü ilə nəzər salsaq deyə bilərik ki, pərakəndə satış sektorunun gələcəyini məhz bu il qeydə alınan tendensiyalar formalaşdıracaq.
Onlayn alış-verişlərin həcminin artması pərakəndə satış sənayesinin rəqəmsal transformasiyanı qəbul etməsinə gətirib çıxarır. 2023-cü ildə qlobal elektron ticarət dövriyyəsi təxminən 6 trilyon dolları ötüb. Bu rəqəmin növbəti bir neçə il ərzində də artacağı proqnozlaşdırılır. Proqnozlara görə, 2024-cü ildə ümumi pərakəndə satışların 21,2%-i onlayn olacaq.
Onlayn ticarətin 2024-cü ildə müştəri məlumatlarını toplayan, həmçinin emal edən daha qabaqcıl texnologiyalar və süni intellektlə daha da böyüyəcəyi gözlənilir. Pərakəndə satış üzrə ekspertlər bu sektorun gələcəyini formalaşdıracaq 5 mühüm faktoru müəyyənləşdiriblər:
1. E-ticarətin yüksəlişi: Araşdırmalara görə, onlayn alış-verişi seçən istehlakçıların sayındakı önəmli artımla bərabər pərakəndə satıcılar e-ticarət platformalarına böyük həcmdə investisiya yatırırlar. Bu böyümə sayəsində onlayn satıcıların təklif etdiyi rahatlıq və çoxçeşidlilik istehlakçıların alış-veriş vərdişlərində də köklü dəyişikliklərə yol açacaq.
2. Çoxkanallı pərakəndə satış: Digər önəmli tendensiya isə çoxkanallı pərakəndə satış növü olan onlayn və ənənəvi satış formalarının inteqrasiyasıdır. “Walmart” və “Target” kimi nəhəng pərakəndə satıcılar da bu strategiyadan istifadə edərək müştərilərə mağazada, mobil tətbiqdə və veb-saytda alış-veriş etmək imkanı yaradırlar. Bu, yalnız müştəri məmnuniyyətini artırmır, həmçinin loyallıq və xidmət keyfiyyətinin yüksək səviyyədə olmasını təmin edir.
3. Davamlılıq və ticarət dövriyyəsi: Hazırda istifadə olunan məhsulların yenidən satışı getdikcə daha çox aktuallaşır. “ThredUP” və “The RealReal” kimi pərakəndə satış şirkətləri istehlakçılara köhnə əşyaları almaq və satmaq üçün platforma təklif edərək bu tendensiyadan yararlanırlar. 2024-cü ildə belə layihələrin satıcılara daha davamlı alış-veriş təcrübəsi qazandıracağı gözlənilir.
4. Canlı video alış-veriş: TikTok kimi platformalar video alış-verişin daha da genişlənməsinə şərait yaradır. Bununla da pərakəndə satıcılara istehlakçılarla əlaqə yaratmaq üçün innovativ yol təqdim edir. Bu interaktiv alış-veriş təcrübəsi unikal və cəlbedici satış mühiti yaradaraq istehlakçılara həm qarşılıqlı ünsiyyət qurmaq, həm də fərdi tövsiyələr almaq imkanı verir.
5. QR kod ödənişləri: Ödənişlərdə QR kod istifadəsinin artması bu ilin önəmli tendensiyalarından biridir. Bu cür kontaktsız və asan ödəniş üsulu hazırda Asiya ölkələrində daha məşhurdur və bütün dünyada geniş yayılacağı gözlənilir. QR kod istifadəsi istehlakçılara sürətli, asan və təhlükəsiz ödəmə imkanı verir.
Pərakəndə satış sahəsindəki bu tendensiyalar biznes strukturlarından sürətli dəyişikliklərə uyğunlaşmağı və gələcək üçün strategiyalarını inkişaf etdirməyi tələb edir.
Məqalə "Araz Supermarket" MMC-nin sosial media səhifəsində paylaşılıb. Müəllif: Murad Babayev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























