2014-cü ilə qədər Krımda yaşamış ukraynalılar Rusiya vətəndaşlığını ala biləcəklər
Rusiya prezidenti Vladimir Putin 2014-cü il martın 18-dək Krımda doğulmuş və yaşamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.
Marja xəbər verir ki, sənəd ölkənin hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Fərman ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə, o cümlədən əvvəllər Rusiya Federasiyasının vətəndaşlığına malik olan və müəyyən edilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığından çıxmaq barədə ərizə vermiş şəxslərə Rusiya Federasiyasının vətəndaşlığı üçün müraciət etmək hüququ verilir.
Qeyd olunur ki, bu hüquqa malik olanlar arasında Krımda və Sevastopolda doğulub yaşamış, lakin 2014-cü il martın 18-dən əvvəl oranı tərk etmiş, heç bir başqa ölkənin vətəndaşlığı olmayan Ukrayna vətəndaşları da var.
Krım Muxtar Sovet Sosialist Respublikasının ərazisindən deportasiya edilmiş şəxslər və ya onların nəsilləri də Rusiya vətəndaşlığı üçün müraciət etmək hüququna malik olacaqlar.
Bundan əlavə, Rusiya vətəndaşlığı üçün müraciət etmək hüququ keçmiş ittifaq ərazisində doğulmuş və əvvəllər SSRİ vətəndaşlığına malik olan Əfqanıstan, İraq, Yəmən və Suriya vətəndaşlarına, habelə onların valideynlərinə, həyat yoldaşlarına və uşaqlarına veriləcək.
Daha əvvəl bildirilmişdi ki, Putin Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə bağlamış əcnəbilərə və onların ailə üzvlərinə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 26 d. əvvəl
-
-
39 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 56 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə





























