"Türkiyənin ixracı Cümhuriyyət tarixinin rekordunu qırıb"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “2023 Xarici Ticarət Rəqəmləri” proqramında çıxış edib.
Marja.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü il üçün xarici ticarət məlumatlarını açıqlayıb.
Ərdoğan 2023-cü ildə Türkiyənin ixracının 2022-ci illə müqayisədə 0,6 faiz artaraq 255 milyard 809 milyon dollara çatdığını və Cümhuriyyət tarixinin rekordunu qırdığını bildirib.
Orta Müddətli Proqramda 255 milyard dollarlıq ixrac hədəfinin bu rəqəmlə aşıldığını qeyd edən Ərdoğan, "2023-cü ilin oktyabr ayı etibarilə illik xidmət ixracı tarixi rekord səviyyəyə çataraq 99 milyard 254 milyon dollara yüksəlib. Son 5 ayda xarici ticarət kəsirinin və cari kəsirin davamlı olaraq azalmağa başladığını görürük. Önümüzdəki dövrdə də yaxşılaşmanın davam edəcəyinə inanırıq", - deyib.
2024-cü il hədəfi 375 milyard dollardır
"Yolumuza başladığımız 2002-ci ildə ayda orta hesabla 3 milyard dollar ixrac etdiyimiz halda, bu gün ayda orta hesabla 21,3 milyard dollar ixrac edirik. İnanırıq ki, 2024-cü ildə mal və xidmət ixracımızı 375 milyard dollara çatdıra bilərik. Türkiyənin buna nail olmaq üçün kifayət qədər gücü var", - Ərdoğan əlavə edib
2023-cü ildə Türkiyənin ən çox ixraca nail olan bölgələri - İstanbul, Kocaeli, İzmir, Bursa və Tekirdağ olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 27 d. əvvəl
-
-
40 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 57 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə





























