Rusiyada toyuq yumurtasının nə vaxt ucuzlaşacağı açıqlanıb
Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi: Rusiyada toyuq yumurtası Yeni ildən sonra ucuzlaşmağa başlayacaq"Toyuq yumurtasının qiyməti Yeni ildən sonra aşağı düşə bilər, bunun üçün bütün səbəblər var".
Marja.az xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.
"Yumurta olduqca mövsümi məhsuldur. Bu zamanlar (payızın sonu, qışın əvvəli - red) yumurtanın qiyməti həmişə artır. Hələlik bizim üçün o qədər də rahat olmayan tendensiya müşahidə edirik: qiymətlər az-az artmaqda davam edir, lakin buna baxmayaraq, mövsümi faktor da öz təsirini göstərməlidir. Mən ümid edirəm ki, Yeni ildən sonra qiymətlər enməyə başlayacaq" -deyə nazir bildirib.
Rusiyada toyuq yumurtası ilin əvvəlindən 46% bahalaşıb, həftəlik artım tempi hələ də aşağı düşməyib: dekabrın 5-dən 11-dək 4,55% də yüksəlib.
Ötən həftə Rusiya prezidenti Vladimir Putin yumurta və toyuq ətinin qiyməti ilə bağlı vəziyyətlə bağlı sualı cavablandırarkən, bahalaşmanı tələbatın artması, lakin istehsalın artmaması, idxalın vaxtında açılmaması ilə izah edib. Onun fikrincə, yumurtanın qiyməti ilə bağlı vəziyyət “yaxşılaşacaq” və bu, ən azı iki həftədir ki, Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirə mövzusudur. Putin yumurtanın bahalaşmasına görə üzr istəyib və bunun hökumətin işində uğursuzluq olduğunu bildirib.
Nazir qeyd edib ki, hökumət toyuq yumurtasının qiymətinin sabitləşməsi və ucuzlaşması üçün bir sıra tədbirlər həyata keçirib.
“Birincisi, yumurta və quş əti istehsalçılarına dəstək tədbirlərini təkmilləşdirmişik, onlar istehsalı stimullaşdırmaq üçün bizdən bir az daha çox maliyyə ala biləcəklər. İkincisi, biz indi şəbəkələrlə fəal işləyirik ki, onlar istehsalçılarla birbaşa müqavilələr bağlasınlar. Bu da istehlakçı üçün son qiymətdə öz əksini tapacaq”, - deyə nazir əlavə edib.
Ən vacib işlər arasında o, idxal olunan yumurtalar üçün idxal rüsumunun aradan qaldırılmasını qeyd edib: "Bu tədbir bazarı doyuracaq və “əlavə həcm təmin edəcək, ümid edirik ki, bu da qiymətə təsir edəcək”.
Nazir Azərbaycan və Türkiyədən yumurta idxalına başlanılmasını qiymətlərin aşağı salınması üçün vacib tədbir olduğunu qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA














.jpg)







