Rekord transfer baş tutdu

222 milyon avroluq sərbəst qalma haqqının ödənməsinin sonra, Neymar PSG ilə saziş imzalayıb.
"Marja" "Sky News"a istinadən xəbər verir ki, tam adı Neymar Da Silva Santos Jr olan 25 yaşlı braziliyalı futbolçu, Qətər mülkiyyətindəki "PSG"-yə 263 milyon ABŞ dolları qiymətlə transfer üçün imza atıb. Bu pulun əlavələrlə birlikdə 600 milyon dollara çatacağı qeyd olunub.
Bu transferin baş tutması daxil, Qətər, İyun ayından bu yana Səudiyyə Ərəbistanı rəhbərliyindəki embarqoya qarşı güc nümayişi etdirməyə davam edir. "Bu embarqo bizə təsir etməz" mesajı verən Qətər ötən dövrdə də ABŞ-dan F-15 döyüş təyyarəsi, İtaliyadan 7 döyüş gəmisi satın almağa qərar verib. "American Airlines"dən də bir miqdar səhm almaq məsələsində danışıqlar aparan Qətər hazırda dünyanın ən iri mayeləşdirilmiş təbii qaz ixracatçısıdır.
İngiltərədəki "Salford" Universitetində professor Simon Çadvik, "Qətər təslim olmur, mübarizə aparır və Neymarın imzası da bunun bir hissəsidir. Bunun arxasında beynəlxalq diplomatiya var. Dünyanın dörd bir tərəfindəki insanlar Qətər haqqında danışacaq" deyib.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir, 5 İyunda Qətər ilə olan diplomatik və nəqliyyat əlaqələrini kəsərək Qətərin Orta Şərqdə terrora dəstək verdiyini və Səudiyyə Ərəbistanının regional rəqibi İranla səmimi olduğunu iddia etmişdi. Qətər isə dəfələrlə ittihamları rədd edib.
Qətər həmçinin dəyərli fürsətləri qaçırmaması ilə də tanınır. "Glencore Plc" və "Rosneft Oil Co." kimi qlobal şirkətlərin səhmlərini və Londonun simvol binalarından "Shard"ın tikintisinə qədər əhəmiyyətli yerlərdə söz sahibi olmağa çalışır.
Bundan başqa, Qətər bütün bunlarla yanaşı 2022 Dünya Çempionatına da ev sahibliyi etməyə haqq qazanmışdır.
Qətərin maliyyə naziri Əli Şərəf Əl Emadi, ötən həftə Bloomberg tərəfindən yayımlanan bir proqramda "Qətər ticarət tərəfdaşlarına zərər vermək üçün iqtisadi vasitələrdən istifadə etmir. Həmçinin iş imkanlarını da siyasi qazanc üçün istifadə etmirik",-şəkilində bildirmişdi.
TRANSFERİN TƏFƏRRÜATLARI
222 milyon avroluq sərbəst qalma haqqının ödənməsindən sonra, Neymar PSG ilə saziş imzalayıb
Paris Sen-Jermen (PSG), Neymar ilə 5 illik müqavilə imzalayıb.
BBC-nin xəbərinə görə, Neymar, yeni komandası "Paris Saint-Germain"dən vergilər xaric ildə 45 milyon avro qazanacaq. Braziliyalı ulduzun PSG-yə ümumi xərci isə 446.75 milyon avro təşkil edəcək.
Neymarın yeni komandasında 10 nömrəli forma geyinəcəyi öyrənilib.
Neymarın vəkilləri bu gün Barcelona Camp Nou-dakı ofisinə gələrək Katalon komandasına 222 milyon avroluq sərbəst qalma bədəlini ödəyib.
PSG-DƏN TƏRƏFDARINI HƏYƏCANLANDIRAN PAYLAŞIM
"Paris Saint-Germain" rəsmi "Twitter" hesabından "O gəlir" ifadəsinin yer aldığı bir video paylaşıb.
BARCELONA-DAN AÇIQLAMA
Katalon komanda internet saytından verdiyi açıqlamada, Neymarın vəkillərinin 222 milyon avroluq sərbəst qalma əvəzini ödədiyini və müqavilənin ləğv edildiyini bildirib.
Barcelona açıqlamasında sözügedən yüksək miqdara görə, yarana biləcək intizam öhdəliklərinin müəyyən olunması məqsədilə transfer detallarının UEFA-ya təqdim olunacağı bildirilib.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 17 saat əvvəl
-
2 gün əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
2 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 2 gün əvvəl
Son Xəbərlər

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
