“PAŞA Bank”ın dəstəyi ilə “Bebras” informatika yarışı keçirilib
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın dəstəyi ilə şagirdlər üçün “Bebras” İnformatika və Alqoritmik düşüncə yarışı keçirilib.
Beynəlxalq “Bebras” İnformatika və Alqoritmik müsabiqəsi proqramlaşdırma bilikləri tələb etmədən şagirdlərin alqoritmik və məntiqi təfəkkürünü qiymətləndirmək məqsədi daşıyan layihədir. Müsabiqə şagirdlərə informatika ilə yanaşı məntiq və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirməyə və sağlam rəqabət aparmağa imkan yaradır. Onlayn müsabiqə zamanı 2-10-cu sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun əyləncəli formada müxtəlif tapşırıqların həllinin tapılması üçün yarışıblar.
“ÖzünÖyrən” tədris platformasının təşkilatçılığı ilə keçirilən “Bebras” yarışında iştirak etmək üçün 270 məktəb qeydiyyatdan keçmişdir. Bu siyahı Bakı, Naxçıvan, Gəncə, Quba, Kəlbəcər, Ağdam, Göygöl, Lerik, Cəlilabad, Lənkəran, İsmayıllı və digər bölgələr də olmaqla 61 şəhər və rayonu əhatə edib.
Müsabiqədə ən yüksək bal toplamış şagirdlər 2024-cü ildə keçiriləcək final mərhələsinə dəvət ediləcəklər.
Qeyd edək ki, “Bebras” müsabiqəsi 2004-cü ildən başlayıb və hər il dünyanın 70-dən çox ölkəsindən yüz minlərlə şagird bu yarışda iştirak edir. Azərbaycan bu müsabiqədə 2013-2016-cı illərdə aktiv iştirak etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb














.jpg)




