Gələn il ARDNF-in büdcəsində 827 milyon manat kəsir yaranacağı gözlənilir
Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26,1 % az - 12 073,3 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 8,9 % çox - 12 900,2 milyon manat olacağı gözlənilir.
Marja xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, 2024-cü ildə ARDNF-in gəlirlərinin 8 146,2 milyon manatını və yaxud 67,5 %-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 3,6 milyon manat, trazitdən 24,2 milyon manat, bonus ödənişlərindən 767,2 milyon manat, vəsaitinin idarə olunmasından isə 3 132 milyon manat gəlir əldə edəcək.
Gələn il ARDNF-in xərclərinin 12 781 milyon manatını və yaxud 99,1 %-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 33,5 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na 47,5 milyon manat, özünün idarə edilməsinə isə 38,2 milyon manat xərcləyəcək.
Beləliklə, 2024-cü ildə ARDNF-in büdcəsində 826,9 milyon manat kəsir yaranacaq (2023-cü ilin proqnozu 4 487,5 milyon manat qalıqdır).
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
35 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























