"Kapital Bank"ın sədri: "Bu il 200 milyon manat civarında xalis mənfəət gözləyirik"
"Kapital Bank" ASC-nin 2023-cü ili 200 milyon manat civarında xalis mənfəət ilə başa vuracağını gözlənilir.
Marja.az-ın məlumatına görə, bunu Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş icraçı direktoru Fərid Hüseynov media nümayəndələri ilə görüşündə bildirib.
O qeyd edib ki, Bankın mənfəətindən danışarkən gəlirin bir hissəsinin ikiqat keşbek və digər layihələr çərçivəsində müştərilər ilə bölüşülməsini qeyd etmək lazımdır:
"Yalnız təxminən 100 milyon manat vəsaiti ikiqat keşbek layihəsi üzrə müştərilərimizə qaytarmışıq. Bundan başqa dövlətin "ƏDV geri al" layihəsi üzrə 115 milyon manat geri ödənilib. "Kapital Bank"ın xalis mənfəətinin ötən illə müqayisədə azalması gəlirin bir hissəsinin keşbek şəkilində müştərilərə qaytarılması ilə bağlıdır".
Qeyd edək ki, "Kapital Bank" ASC 2023-cü ilin 9 ayını 182 milyon manat, 2022-ci ili isə 308 milyon 47 min manat xalis mənfəət ilə başa vurmuşdur.
Fərid Hüseynov əlavə edib ki, Bankın kredit portfeli 4,1 milyard manata, depozit portfeli 6,6 milyard manata çatıb.
Bankın İdarə Heyətinin sədri əlavə edib ki, 2023-cü il ərzində "Kapital Bank" tərəfindən 2,2 milyon ədəd kart sifarişi təmin edilib: "Xüsusilə qeyd edim ki, 2,2 milyon ədəd kartın 35%-i onlayn sifarişlər əsasında rəsmiləşdirilib".
Fərid Hüseynov qeyd edib ki, "Kapital Bank"ın müştərilərinin sayı 6 milyona yaxınlaşıb. Hazırda 3 milyon istifadəçi aktiv "Bir Bank" istifadəçisidir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
34 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























