“Embafinans” istiqrazlarının yerləşdiriləcəyi tarix açıqlanıb
6 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Embafinans” QSC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, 8 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “Embafinans” QSC istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir
İstiqrazların sayı 1000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, tədavül müddəti 18 ay, illik faiz dərəcəsi 11%, kupon faizlərinin ödəniş müddəti hər 3 təqvim ayından birdir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
-
3 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
31 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
İyunun 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA

























