"Böyük rütbəli adam necə gedib balıq təmizləsin?!"
Siyavuş Novruzov: Zabitlərin əvəzinin yetişməsi üçün vaxt lazımdır, 42 yaşında təqaüdə gedirlərAli Baş Komandan hər zaman Orduya diqqət göstərib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu gün ölkədə kifayət qədər savadlı, qabiliyyətli hərbçilər formalaşıb: “Azərbaycan dövləti hər zaman zabitə kifayət qədər xərc çəkir, oxudur, yetişdirir və müəyyən mərhələyə çatdırır. Təbii ki, zabit bu dövr ərzində çalışmalıdır ki, özündən sonrakıları formalaşdırsın. Zabitlərimiz tək döyüşçü yox, həm də döyüşə rəhbərlik edəndir. Digər tərəfdən Azərbaycan kifayət qədər yeni texnika alır. Bunun işlənməsi və başqa nəsillərə ötürülməsinə zaman lazımdır”.
Hərbçilərin təqaüdə çıxma yaşının artırılması məsələsinə toxunan S.Novruzov qeyd edib ki, hərbçilər ali məktəbi bitirəndən sonra 20 il qulluğun sonunda 42 yaşında təqaüdə gedir:
“Zabitlərin əvəzinin yetişməsi üçün vaxt lazımdır. Təqaüdə getməyin də ən əsas səbəbi odur ki, qorxurlar ki, gələcəkdə hansısa səhvə yol verdiyinə görə ordudan uzaqlaşdırılacaqlar və təqaüd ala bilməyəcəklər. Lakin bu sahədə işləyən bütün insanların hamısı təqaüdünü alır. Mənə II Qarabağ müharibəsi və Aprel döyüşlərində iştirak edən və 43 yaşında təqaüdə çıxan şəxs ikinci iş axtardığını bildirdi. Deyir ki, böyük marketlərdə ona deyiblər ki, balıq təmizləsin. Böyük rütbəli adam necə gedib balıq təmizləsin?! Əsgərləri gəlib görəcək ki, komandiri balıq təmizləyir. Qanuna təklif edilən dəyişikliklərin mahiyyəti öz işi ilə bağlı zabit funksiyasını necə yerinə yetirməsi ilə bağlıdır. Dislokasiya ilə bağlı məsələyə gəlincə, Azərbaycanın eni uzunu 3 top gülləsi boydadır. Üç top dalbadal atılsa o biri başa çatacaq. Ona görə də Azərbaycanda müxtəlif qüvvələr müxtəlif dislokasiya yerləşir. Alpinisti aparıb ön cəbhəyə qoya bilmərik. Dağlıq zonada qulluq edənlərin əməkhaqqına 30 % əlavə, yaxud digər imtiyazlar olur. Təbii ki, istəyirik ki, imtiyazlar daha da artıq, əsgər və zabitlərimizə də diqqət daim olsun”.
© APA
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
2 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
6 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























