Naxçıvanda “Dövlət satınalmaları haqqında” yeni Qanununun tətbiqi ilə bağlı təlim keçirilib
Dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, əsas prinsipləri və digər əlaqədar mövzular barədə təlim iştirakçılarına məlumat verilib.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqinə dair Naxçıvan Muxtar Respublikasının dövlət satınalan təşkilatlarının aidiyyəti mütəxəsissləri üçün təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Muxtar Respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, qanunun dəyişməsi və tam elektron satınalma mexanizmi müvafiq sahədə şəffaflığın və operativliyin daha da artırılmasına öz töhfəsini verəcək. Həmçinin cari ildən Naxçıvanda dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr və “etender.gov.az” portalında həyata keçirilən müsabiqələrin sahibkarlıq subyektlərinin fəal iştirakına zəmin yaratdığı vurğulanıb.
Təlimdə satınalma sahəsində Qanunla nəzərdə tutulan yeniliklər, onun üstünlükləri və nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, əsas prinsipləri, təkliflərin qiymətləndirilməsi və digər əlaqədar mövzular ətrafında müzakirələr baş tutub, iştirakçılara zəruri izahlar verilib.
Qeyd edək ki, 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Muxtar Respublikada dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə iki təlim keçirilib. Təlimlərdə ümumilikdə, 90-dan çox müəssisə və təşkilat iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib























