OPEC+ ölkələri 2024-cü ilin birinci rübündə neft hasilatını 2 milyon bareldən çox azaldacaq
OPEC+ ölkələri 2024-cü ilin birinci rübündə neft hasilatını gündəlik 2 milyon bareldən çox azaltmaq qərarına gəlib. Bunun 1 milyon bareli Səudiyyə Ərəbistanının, 500 min bareli Rusiyanın, 700 min bareli sazişin qalan tərəflərinin payına düşəcək.
Marja xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak "Rossiya-24" telekanalına açıqlamasında bildirib.
"Səudiyyə Ərəbistanı gələn ilin birinci rübündə də hasilatın könüllü olaraq gündəlik 1 milyon barrel azaldılmasını saxlayacağını təsdiqləyib. Rusiya könüllü olaraq gündəlik 300 min barel olan ixracın azaldılmasını artıracaq, birinci rübdə bu həcmi gündəlik 500 min barelə çatdırmaq qərarına gəldik. İştirak edən bir sıra digər ölkələr də könüllü olaraq birinci rübdə hasilatı gündəlik daha 700 min barel azaldacaqlarını bəyan ediblər",- Novak əlavə edib.
Baş nazirin müavini qeyd edib ki, bu tədbirlər neft bazarlarının dayanıqlı fəaliyyətini, tələb və təklif arasında tarazlığın təmin edilməsi məqsədilə qış dövrünün - tələbatın az olduğu dövrdən keçməyə kömək edəcək.
Daha sonra OPEC hasilatın azaldılmasının ümumi həcminin gündəlik 2,2 milyon barel olacağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















