Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

BOKT “Kəpəz”in istiqrazları Birjada listinqə daxil edildi - 14 FAİZ GƏLİR TƏKLİFİ

BOKT “Kəpəz” MMC-nin istiqrazları listinqə alınıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT “Kəpəz”in istiqrazları Birjada listinqə daxil edildi - 14 FAİZ GƏLİR TƏKLİFİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

24 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kəpəz” MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.  Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 14%, tədavül müddəti 60 ay, kupon faizlərinin ödəniş müddəti 30 gündən birdir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

28.11.2023 14:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18