
Təhsilin İnkişafı Fondu və “İnci" Şirkətlər Qrupundan birgə layihə - 800 KİTAB İANƏ EDİLDİ
Layihə çərçivəsində ümumi ianə ediləcək kitabların sayının 4000 ədəddir. “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov layihənin bir hissəsi olduğu üçün özünü xoşbəxt hiss etdiyini və İnci şirkətinin gələcəkdə də məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.
Sumqayıt şəhər 9 Nömrəli tam orta məktəbdə məktəbin şagird və müəllimləri ilə görüş baş tutub.
Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Abşeron-Xızı Şəhər Təhsil İdarəsinə 800 kitabın təhvil verilməsi olub.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Abşeron-Xızı Şəhər Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Abşeron-Xızı Şəhər Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva qonaqları salamlayaraq layihənin təşəbbüskarlarına kitablar üçün təşəkkürünü bildirib. İ.Abdullayeva bu cür layihələrin şagirdləri dərsliklərdən əlavə ədəbiyyat oxumağa həvəsləndirdiyini xüsusi vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarını Fondun yaranması, əsas fəaliyyət istiqamatləri, hazırda icra edilən layihələr haqqında məlumatlandırıb. Fondun özəl şirkətlər ilə əməkdaşlığa açıq olduğunu qeyd edən sədr, layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin dəstəyini vurğulayıb. E.Nəsibov layihə çərçivəsində ümumi ianə ediləcək kitabların sayının 4000 ədəd olduğunu, eləcə də növbəti həftələr ərzində daha 4 Regional Təhsil İdarəsində görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
“Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov layihənin bir hissəsi olduğu üçün özünü xoşbəxt hiss etdiyini və İnci şirkətinin gələcəkdə də məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.
Görüş müəllim və şagirdlərin iştirak etdiyi müzakirələrlə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
49 d. əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
5 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
5 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
5 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
- 6 saat əvvəl
-
7 saat əvvəl
O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır

“AzInTelecom” media nümayəndələri üçün təlim təşkil edib - FOTOLAR

Bakı Yivudan gələn 237-ci qatarı qarşıladı
