Rusiya Mərkəzi Bankı: Faiz dərəcələri yüksək olaraq qalacaq
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina, gələn il 4 faizlik inflyasiya hədəflərinə çatacaqlarını qeyd edərək, "Bundan sonra biz faiz dərəcəsini aşağı salmağa başlayacağıq. Ancaq faiz bir müddət yüksək qalacaq ki, inflyasiya çarxı yavaşlasın və iqtisadiyyat 12 ayda yaranan rekord kredit həcmini həzm edə bilsin” deyib.Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina Rusiya parlamentinin aşağı palatası Dumada Rusiya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib.
Marja xəbər verir ki, Rusiya Mərkəzi Bankının vətəndaşların və iş dünyasının itkilərini azaltmaq üçün uçot dərəcəsini artırmaq məcburiyyətində qaldığını vurğulayan Nabiullina, "Biz başa düşürük ki, bir çox insanlar faiz dərəcələrinin artırılmasından narahatdırlar. Amma bunu etməsəydik, vaxtında reaksiya verməsəydik, vətəndaşların, biznesin, dövlətin itkisi daha çox olardı" deyib.
Gələn il inflyasiya hədəfinə çatmağı gözlədiklərini açıqlayan Nabiullina, “Baza ssenarimiz, gələn il inflyasiya hədəfini 4 faizə çatdıracağımızı göstərir. Bundan sonra biz faiz dərəcəsini aşağı salmağa başlayacağıq. Lakin faiz dərəcəsi bir müddət yüksək qalacaq ki, inflyasiya çarxı ləngisin və iqtisadiyyat 12 ayda yaradılan rekord kredit həcmini həzm edə bilsin”.
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sonuncu dəfə oktyabrın 27-də 2,00 faiz bəndi artıraraq 15%-ə çatdırıb.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
8 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
22 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 45 d. əvvəl
- 48 d. əvvəl
-
48 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib





















