Çinin ən böyük bankı ABŞ-da "ransomware" hücumundan əziyyət çəkib
Çin Sənaye və Ticarət Bankının (Industrial and Commercial Bank of China-ICBC) Amerika bölməsi cümə axşamı günü ABŞ dövlət istiqrazlarının ticarətini pozan "ransomware" hücumuna məruz qalıb.
Marja.az xəbər verir ki, aktivlərinə görə Çinin ən böyük kommersiya bankının ABŞ qolu olan "ICBC Financial Services" sistemlərini qismən bərpa edib.
"Ransomware" hücumlarında hakerlər qurban təşkilatının İT sistemlərini kilidləyir və onların kilidini açmaq üçün fidyə (ödəniş) tələb edir.
Bəzi ekspertlər və analitiklər, hücumun arxasında "Lockbit" kibercinayətkar qrupunun ola biləcəyini söyləyir. Lakin, adətən qrupun qurbanlarının adlarını dərc olunduğu internet saytında ICBC-yə edilən hücumdan bəhs edilməyib.
Analitiklər bildirir ki, “iri banklar tez-tez belə dağıdıcı ransomware hücumlarının qurbanı olmurlar". Bu hadisə, böyük təşkilatların, o cümlədən bankların sistemlərinin kibercinayətkarlar qarşısında nə qədər həssas qaldığını vurğulayır. Çox güman ki, insident tənzimləyicilərin diqqətini cəlb edəcək və bazar iştirakçılarının kibertəhlükəsizlik sistemlərinin etibarlılığına şübhələr yaradacaq.
ICBC çərşənbə günü dövlət istiqrazlarının ticarətini, eləcə də cümə axşamı repolarını uğurla yerinə yetirdiyini bildirib.
Ümumilikdə, bu hadisə bazarlara böyük təsir göstərməyib.
Bəzi bazar iştirakçıları qeyd etdilər ki, ICBC vasitəsilə emal edilən əməliyyatlar hücuma görə yarımçıq qalıb.
Çin Xarici İşlər Nazirliyi cümə günü bildirib ki, ICBC, ABŞ bölməsinə "ransomware" hücumu ilə əlaqədar risklər minimuma endirməyə çalışır.
Çin Sənaye və Kommersiya Bankının (ICBC) ABŞ filialına haker hücumu ABŞ Xəzinədarlıq istiqrazları bazarına təsir etməyib. Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
55 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)




.jpg)









