Yaponiyanın cari əməliyyatlar balansının profisiti rekord həddə çatıb
Yaponiyanın cari əməliyyatlar balansında sentyabr ayında sona çatan 6 aylıq dövrdə 84,2 milyard dollar profisit yaranıb. Beləliklə, ölkənin cari əməliyyatlar balansında rekord profisit qeydə alınıb.
Yaponiyanın cari əməliyyatlar hesabının profisiti cari maliyyə ilinin birinci yarısında rekord həddə çatıb. Bu, ölkənin iqtisadiyyatının bərpası və valyutanın zəifləməsi üçün potensial müsbət mühitdən xəbər verir.
Marja xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyinin məlumatlarına görə, Yaponiyanın cari əməliyyatlar balansında, idxalın azalmasının da təsiri ilə sentyabr ayına qədər olan 6 ayda 12,7 trilyon yen (84,2 milyard dollar) rekord müsbət saldo yaranıb.
Təkcə sentyabr ayında cari əməliyyatlar hesabının profisiti 2,72 trilyon yen (18,03 milyard dollar) təşkiledib ki, bu da 18 ayın ən yüksək səviyyəsidirş
Məlumatlar iqtisadiyyat üçün bəzi müsbət siqnallar təqdim edir, çünki enerji idxalının dəyərinin azaldığını və təchizat zəncirindəki məhdudiyyətlər azaldıqca avtomobil ixracının bərpa olunduğunu göstərir. Eyni zamanda, turizm gəlirlərində də sürətlənmə müşahidə olunub.
Əksər analitiklər Yaponiyanın real iqtisadiyyatında üçüncü rübdə kiçilmə olacağını gözləsələr də, cari əməliyyatlar hesabı məlumatları iqtisadiyyatı dəstəkləyən əsasların hələ də olduğunu göstərir.
İqtisadçılar bildirir ki, cari hesabın profisiti çox güman ki, xərclərin azaldılması və ucuz yenin təsiri ilə bağlıdır.
Sentyabr ayına qədər olan altı ayda xidmətlər balansı qırmızı zonada qalsa da, xarici qonaqların geri qayıtması ilə turizm sektorunda profisit 15 dəfə artıb.
Yaponiya Milli Turizm Təşkilatının məlumatına görə, sentyabr ayında Yaponiyaya gələn turistlərin sayı pandemiyadan əvvəlki səviyyənin 96 faizinə çatıb. Zəifləyən yenin turizmi dəstəklədiyi görünür.
Digər tərəfdən, cari əməliyyatlar hesabının profisiti xam neft, mayeləşdirilmiş təbii qaz və kömürün idxal xərclərinin azalması səbəbindən ticarət balansının yaxşılaşması nəticəsində yaranıb.
Avtomobil və tikinti maşınlarının tədarükü hesabına artan ixrac da ticarət profisiti yaratmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
21 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
23 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
23 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
