Nəqliyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycanın iqtisadiyyat nazirinin Qazaxıstan Prezidentinin müşaviri ilə görüşündə ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.Qazaxıstanla müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşüb.
Görüşdə vurğulanıb ki, hər iki ölkənin dövlət başçıları qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əlaqələrin müxtəlif istiqamətər üzrə inkişafına xüsusi önəm verir. İkitərəfli iqtisadi əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlər, imzalanmış sənədlər, keçirilən tədbirlər mühüm rol oynayır. Bununla yanaşı, ölkələrimiz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Azərbaycan-Qazaxıstan iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi xüsusilə önəm kəsb edir. İnvestisiya mühüm əməkdaşlıq istiqamətləri sırasında yer alır. Azərbaycanda aqrar, sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində 150-dən çox Qazaxıstan investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.
Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)




