Qərb Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək yolunu tapıb
FT: G7 dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməyə razılaşdıG7, Avropa İttifaqının Rusiyanı Ukraynaya “dəydiyi ziyanı ödəməyə” məcbur etmək üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etmək təklifini dəstəkləyib .
Marja.az xəbər verir ki, bunu Britaniyanın “Financial Times” qəzeti yazıb.
Xəbərdə qeyd edilib ki, Belçikanın "Euroclear" şirkəti sanksiyalara görə Rusiya vəsaitlərinin investisiya edildiyi istiqrazlar üzrə faiz gəlirlərini Rusiya Mərkəzi Bankına köçürə bilmir. Hazırda şirkətin bu istiqrazlardan gəliri 1,28 milyard avro təşkil edir. Razılaşmaya görə, "Euroclear" gəliri Ukraynaya yardım fonduna köçürəcək.
ABŞ Xəzinədarlığı elan edib ki, Rusiyanın təxminən 280 milyard dollarlıq aktivi bütün dünyada dondurulub, onların əksəriyyəti Avropa İttifaqındadır. Moskva bütün aktivlərin bloklanmasını qanunsuz hesab edir. 2022-ci ilin martında Rusiya Ukraynada müharibəyə başlayandan sonra Rusiyanın maliyyə naziri Anton Siluanov xaricdə dondurulmuş aktivlərin 300 milyard dollar məbləğində olduğunu bildirmişdi.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 6 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 11 saat əvvəl
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb























