Azərbaycan Beynəlxalq Bankından körpələrə hədiyyə
“Nargis Fund” və “Amapola Exclusive Events” şirkətinin təşkil etdiyi “Soyuq əllər, isti ürək” adlı Yeni il Xeyriyyə Yarmarkasının sponsorlarından olan Azərbaycan Beynəlxalq Bankı yarmarka çərçivəsində uşaq evlərinin sakinlərinə maraqlı sürpriz edib. “İnter” Peşəkar İdman Klubunun futbolçularının iştirakı ilə onlar üçün futbol məşqləri keçirilib.
Futbolçular balacalara əvvəlcə məşq və təlimlər haqqında məlumat verib, onlara necə məşq etmək lazım olduğunu nümayiş etdiriblər. Sonra uşaqlar arasında oyun keçirilib. Ən fəal iştirakçılara futbol topu və qapıçı əlcəyi hədiyyə edilib. Azərbaycan Beynəlxalq Bankı uşaq evlərindən yarmarkaya ziyarətə gəlmiş körpələrə ölkəmizdə yaşayan müxtəlif xalqların nağıllarının toplandığı kitablar da bağışlayıb. Bank yarmarka çərçivəsində bu cür aksiyaları davam etdirəcək.
Hər il ənənəvi qaydada təşkil olunan “Soyuq əllər, isti ürək” adlı Yeni il Xeyriyyə Yarmarkasının məqsədi sağlamlıq problem olan körpələrin müalicəsinə dəstək verməkdir. Yarmarka müddətində ziyarətçilərə Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri, keçirilən kampaniyalar haqqında da ətraflı məlumat verilir, onların sualları cavablandırılır.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
























