Xidmət səviyyəsinin aşağı və yüksək olduğu sığorta şirkətlərinin adları açıqlandı
Azərbaycan Mərkəzi Bankı "Oktyabr 2022 - Sentyabr 2023" dövrü üzrə Avto-icbari sığorta üzrə şikayət indeksini açıqlayıb.
Marja.az-ın İndeksə görə məlumatına görə, xidmət səviyyəsi "Xalq Sığorta" ASC, “Atəşgah Sığorta” ASC, "Bakı Sığorta" ASC və "AtaSığorta" ASC şirkətlərində aşağı olub.
Qeyd olunan dövrdə,"Naxçıvansığorta" ASC, "Qala Sığorta" ASC,"Meqa Sığorta" ASC,“Paşa Sığorta” ASC, “Azәrsığorta” ASC,"Azərbaycan Sənaye Sığorta" ASC şirkətlərində xidmət səviyyəsi yüksək olub.
Şikayət indeksinə görə İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.

QEYD: Avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış “AZSIĞORTA” ASC-nin, "İpək Yolu Sığorta"ASC-nin, "A-Qroup Sığorta" ASC-nin və lisenziyası ləğv olunmuş "Günay Sığorta" ASC-nin müqavilə sayları və şikayət sayları hesablamada nəzərə alınmamışdır. Lakin, qeyd olunan şirkətlərlə bağlanılmış və qüvvədə olan avto-icbari sığorta üzrə mövcud müqavilələrlə bağlı daxil olan şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir. “Naxçıvansığorta” ASC üzrə indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nəqliyyat vasitələrinə münasibətdə daxil olan şikayətlər əsasında hesablanmışdır. Şikayət indeksinin metodologiyası: Müvafiq şikayət indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadə olunmuşdur:
Şikayət indeksinin metodologiyası: Müvafiq şikayәt indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadә olunmuşdur:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı / Bağlanan müqavilələr üzrə bazar payı.
Şikayətlər üzrə bazar payı - müvafiq sığortaçı üzrə şikayətlərin ümumi şikayətlərə nisbəti.
Bağlanan müqavilələr üzrə bazar payı - müvafiq sığortaçı üzrə bağlanan müqavilələrin sayının ümumi müqavilələrin sayına nisbəti.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)






