"Antisanitar yerdə doldurulan "Pak su"lar mənə məxsus deyil, brendimizdən qeyri-qanuni istifadə edilir"
Fərdi sahibkar Quliyev Aqşin Salam oğlu ona məxsus "Pak su" brendindən qeyri-qanuni istifadə edildiyini bildirir.
Sahibkar Marja.az-a açıqlamasında bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ev 87 ünvanında yerləşən, fiziki şəxs Qadaşov Azər Məmməd oğluna məxsus su emalı və qablaşdırılması müəssisəsində plandankənar yoxlama zamanı doldurulduğu aşkarlanmış "Pak Su" 19 litrlik qablaşdırılmış su məhsulu ona məxsus olmayıb. Qeyd edək ki, AQTA Azər Qadaşovun müəssisəsində sanitar vəziyyətin qənaətbəxş olmadığını müəyyən edib.
""Pak Su" əmtəə nişanı mənə məxsusdur. Bu nişan altında su məhsulları Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 294B ünvanında yerləşən müəssisəsmizdə qablaşdırılır. Suyun mənbəyi mərləzləşdirilmiş su xəttidir. Xəttdən qəbul edilən su filtirdən keçirilir, ozanlaşdırılır və qablaşdırılır. AQTA yoxlama aparan zaman müəssisədə doldurulduğu aşkar etdiyi "Pak Su" məhsulları mənə məxsus deyil. Araşdırmamız zamanı məlum olub ki,mənə məxsus ticarət nişanından qeyri-qanuni istifadə olunur. Sizə mənə məxsus məhsulun etiket məlumatlarını, həm də adımızdan qeyri-qanuni istifadə edilərək istehsal olunan məhsulun fotosunu təqdim edirəm",- Aqşin Quliyev deyib.
Aqşin Quliyev əlavə edib ki, onun tərəfindən qablaşdırılan "Pak Su" məhsulları tam tələblərə cavab verir və sanitar vəziyyətin yüksək səviyyədə olduğu yerdə qablaşdırılır. AQTA istehsal sahəsini qida təlükəsizliyi qeydiyyatına alıb və bu barədə 03 Avqust 2023-cü il tarixi ilə Dövlət reyestrindən çıxarş təqdim edib. "Pak Su" məhsulları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasında sınaqdan keçirilib və tələblərə uyğun olduğuna görə Sınaq protokolu təqdim edilib:
"Biz ticarət brendimizin adından qeyri-qanuni fəaliyyət göstərən şəxsi müəyyən edərək, qanuni tədbirlərin görülməsi üçün müraciət edəcəyik. Əhalini "Pak Su" məsulları alarkən diqqətli olmağa çağırıram, yalnız Quliyev Aqşin Salam oğlu tərəfindən istehsal olunan "Pak Su" qablaşdırılmış su məhsullarının düzgün olduğunu bildirirəm".
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















