Azərbaycanda əkin sahələrinin 75%-i sığortasızdır
Aqrar Sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir – TARSİM nümaynədə heyəti Azərbaycana səfərə gəlibTürkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldızın rəhbərliyi ilə TARSİM nümayəndə heyəti oktyabrın 1-də Azərbaycana səfərə gəlib.
1-5 oktyabr tarixlərində davam edəcək səfər zamanı nümaynədə heyətinin Aqrar Sığorta Fondu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycanda aqrar sığorta sisteminə üzv olan sığorta şirkətlərində və sair qurumlarda görüşləri nəzərdə tutulur.
Səfər zamanı Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatı ilə Azərbaycanın Aqrar Sığorta Fondu arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın işğaldan azad olunan ərazilərinin inkişafında aqrar sığortanın rolu, aqrar sığorta mexanizmininin tətbiqi üzrə Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi məsələləri müzakirə ediləcək.
Səfərin ilk iş günü, oktyabrın 2-də Aqrar Sığorta Fondunda Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının sədri Osman Yıldızın rəhbərliyi ilə nümayəndə heyəti və Aqrar Sığorta Fondunun (ASF) idarə heyətinin sədri Fuad Sadıqovun rəhbərliyi ilə ASF nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Azərbaycanda TARSİM-in dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizminin fəaliyyəti, əldə edilən nəticələr və planlar müzakirə edilib. Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov sistemin fəaliyyətə başladığı 3 il ərzində Fondun yığımlarının və ödənişlərinin sürətlə artdığını, əhatə dairəsinin genişləndiyini qeyd edib. Onun sözlərinə görə, hazırda Aqrar Sığorta Fondu tərəfindən 420 min hektardan artıq əkin sahəsi sığortalanıb ki, bu da ölkədəki bütün əkin sahələrinin 25%-i deməkdir. 2022-ci ildə Aqrar Sığorta Fondu tərəfindən 2,4 milyon manat ödəniş edildiyini xatırladan Fond sədri, 2023-cü ildə baş verən sığorta hadisələrinin sayının kəskin artdığını və buna uyğun olaraq sığorta ödənişlərinin məbləğinin də bir neçə dəfə yüksələcəyini bildirib.
Fond rəhbəri qarşıdakı dövrdə aqrar sığortaya yeni risklərin, o cümlədən quraqlıq risklərinin əlavə edilməsi ilə bağlı ilkin müzakirələrin və hesablamaların aparıldığını qeyd edib.
Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldız Azərbaycanla Türkiyə arasında aqrar sığorta sektorunda əməkdaşlığın genişləndiyini, Azərbaycanda aqrar sığorta mexanizminin uğurla tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, artıq digər ölkələrdə aqrar sığorta mexanizminin tətbiqində Azərbaycan təcrübəsindən istifadə etmək mümkün olacaq və ümumilikdə Türk Dövlətləri arasında ümumi aqrar sığorta sisteminin qurulması məsələsi müzakirə edilir.
TARSİM İdarə Heyəti sədrinin müavini Fatma Ebru Gençosmanoğlu bildirib ki, səfər zamanı, iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsi, Azərbaycanda Sığorta Məlumat Mərkəzinin yaradılması, eləcə də sığorta ekspenrtlərinin sertifikatlaşdırma prosesinə dəstək məsələləri müzakirə ediləcək. Bununla bağlı TARSİM nümaynədə heyətinin Azəbaycan Mərkəzi Bankında təqdimatı gözlənilir.
Səfər zamanı 4 oktyabr tarixində Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində «Türkiyə və Azərbaycan aqrar sığorta sistemlərinin təqdimatı» mövzusunda tədbir keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
41 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)







.jpg)











