Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirir
Veysəloğlu Şirkətlər Qrupu Gürcüstan bazarında da fəaliyyət göstərir. Şirkət tərəfindən Gürcüstanın bütün bölgələri üzrə 6 mindən çox satış nöqtəsinə çatdırılma edilir.(®) Veysəloğlu Şirkətlər Qrupu Gürcüstan bazarında müştəriləri stabil və davamlı yüksək keyfiyyətli məhsullarla təmin etmək üçün fəaliyyət göstərir.
Şirkət əsasən ərzaq məhsulları olmaqla gündəlik tələbat mallarının distribusiya fəaliyyətini həyata keçir. Gürcüstanın bütün bölgələrini əhatə edən “Veyseloglu Georgia” (VG) şirkəti pərakəndə, topdan, horeka kanallarında xidmət göstərir və mövcud bütün market şəbəkələri ilə çalışır. “VG”nin paytaxt Tbilisi şəhəri ilə yanaşı, Qərb zonasını əhatə edən Kutaisi anbarı da fəaliyyət göstərir.
“Hazırda Gürcüstan bazarında “VG”tərəfindən müxtəlif ölkələrdən 31 istehsalçı ilə əməkdaşlıq edilir və 400-ə yaxın məhsulun satışı həyata keçirilir. Şirkətlər Qrupumza daxil olan “Ulduz” Şokolad Fabrikinin istehsal etdiyi məhsullar əsas prioritet olanlar siyahısındadır”, - deyə “Veyseloglu Georgia”nın Marketinq departamentinin rəhbəri Mirzəbəy Əbilov məlumat verib.
“VG” profilinə Rusiya, Türkiyə, Polşa, Latviya, Litva, Hindistan və Gürcüstanın yerli brendləri də daxildir. Ölkənin ən böyük ticarət şəbəkələri olan “Carrefour”, “Spar”, “Magnit”, “Ori Nabiji” “Nikora”, “Libre”, “İoli” və digər şəbəkələrlə ilə əməkdaşlıq edilir.
Qeyd edilib ki, şirkətin Gürcüstanın bölgələrində ofisləri xidmət göstərir. 28 yük nəqliyyat vasitəsi ilə bütün sifarişlərin 24 saat ərzində müştərilərə vaxtında çatdırılması təmin edilir.
Mirzəbəy Əbilov onu da əlavə edib ki, VG, Şirkətlər Qrupunun dəyərlərinə əsaslanan fəaliyyəti nəticəsində, yerli əhali və eləcə də Gürcüstanda yaşayan bir çox soydaşlarımız üçün stabil, etibarlı iş yerləri açır.
2022 -ci ilin nəticələrinə görə, “Veyseloglu Georgia” bazarda qastronom məhsullarında 1.5%, şirniyyat məhsullarında 2.2% faizlik paya sahib olub.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
12 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
19 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Qızılın bahalaşması yenidən sürətlənib
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir














.jpg)











.jpg)
