AZAL və turizm agentlikləri müzakirələr aparıblar
Cümə günü, sentyabrın 29-da “Ritz-Carlton” hotelində “Azərbaycan Hava Yolları” və ölkənin turizm agentliklərinin nümayəndələrini bir araya gətirən səhər yeməyində aviasiya və turizm sektorları üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Onu da qeyd etmək lazımdır ki, sentyabrın 29-da Azərbaycanda Turizm işçilərinin günü qeyd olunur.
Səmimi şəraitdə keçən görüşdə iştirakçılar turizm və aviasiyanın inkişaf potensialını müzakirə ediblər. Azərbaycanın bu sahədə dünya miqyasında mövqeyinin möhkəmləndirilməsi üçün səmərəli qarşılıqlı fəaliyyətin əhəmiyyətinə xüsusi diqqət yetirilib.
Görüşdə geniş miqyaslı məsələlər, o cümlədən marşrut şəbəkəsinin genişləndirilməsi, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, maraqlı turizm təkliflərinin yaradılması və bir çox digər aktual məsələlərə baxılıb. Aviaşirkətin nümayəndələri əməkdaşlıq çərçivəsində görülən işlər barədə də ətraflı məlumat veriblər.
“Biz əminik ki, iki sənaye arasında aktiv qarşılıqlı əlaqə turizm sektorunun müxtəlif aspektləri üçün vacibdir. Birgə səylərimiz sərnişinlərə müxtəlif və cəlbedici turizm məhsullar və xidmətlər təklif etməyə imkan verəcək”, - deyə bu strateji əməkdaşlığın əhəmiyyətini vurğulayaraq AZAL-ın Satış və Tərəfdaşlıq üzrə direktoru Çingiz Mürsəlov bildirib.
Turizm agentliklərinin nümayəndələri öz növbəsində yeni turizm təklifləri yaratmaq, səyahətləri daha da rahat və maraqlı etmək üçün aviaşirkətlə fəal əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Hər iki tərəf əməkdaşlığın möhkəmləndirilməsində israrlı olduqlarını vurğulayaraq, bu cür görüşlərin davam edəcəyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















