Tərkibində təhlükəli qatqı və antibiotik aşkarlanıb - AZƏRBAYCANA İXRACINA MƏHDUDİYYƏT QOYULDU
Rusiya “Starodvorye Kolbasa” QSC-nin hazır ət məhsullarının xarici bazarlara ixracına məhdudiyyətlər tətbiq edilib.Azərbaycanda da satılan Rusiyanın məşhur "Starodvorye" brendinin (“Starodvorye Kolbasa" QSC) kolbasa və sosiskalarında təhlükəli qatqı və antibiotik aşkarlanıb.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, brendin kolbasalarının tərkibində enrofloksasin aşkar edilib. Enrofloksasin tərkibli qida məhsullarının müntəzəm istehlakı antibiotiklərə qarşı müqavimət üçün ilkin şərait yaradır. Həmçinin bu antibiotik ishal, qusma və baş ağrısına səbəb ola bilər.
Brendin sosiskalarında qida əlavəsi olan karagenan aşkar edilib. Bu maddənin tez-tez istifadəsi xora və şiş ehtimalını artırır. Həmçinin ət məhsullarında həddindən artıq miqdarda karagenanın olması allergik reaksiyalara səbəb ola bilər.
"Rosselxoznadzor" Şirkətin məhsullarının Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Tacikistan, Türkmənistan, Monqolustan, Vyetnam, BƏƏ və Seyşel adalarına ixracına məhdudiyyət qoyub. Qeyd edilib ki, Starodvorye" məhsullarında baytarlıq-sanitariya tələblərinə uyğunsuzluq dəfələrlə aşkarlanıb.
Rusiyanın “Starodvorye Kolbasa” QSC şirkətinin Azərbaycanda tərəfdaşı "AQRO-VEST DC" MMC şirkətidir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















