8 saatlığına dünyanın ən varlısı oldu
Amerikanın elektron ticarət şirkəti Amazon-un bu ilin ikinci rübündə xalis mənfəətinin düşdüyünü açıqlamasının ardından şirkətin səhmləri kəskin azalıb. Amazon-un qurucusu Cef Bezos (Jeff Bezos), "dünyanın ən varlı adamı" adını yalnız 8 saat qoruya bilib.
Dünən Nyu-York Birjasının açılması ilə Amazon-un səhmləri 1,6 faiz bahalaşmış və şirkətin banisi və icraçı direktoru olan Bezosun sərvəti də 90,2 milyard dollara qalxmışdı.
Beləliklə, Microsoft-un banisi və 90 milyard dollarlıq sərvəti olan 61 yaşındakı Bil Qeytsi (Bill Gates) geridə qoyan Bezos, "dünyanın ən varlı adamı" adını almışdı.
Ancaq, Nyu-York Birjasının bağlanmasının ardından Amazon-un səhmləri 3,2% dəyərdən düşüb. Nəticədə də Bezosun sərvəti geriləyib və "dünyanın ən varlı adamı" tituluna yalnız 8 saat sahib ola bilib.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Forbes-in "Dünyanın Milyarderləri Siyahısına" görə, Birjanın bağlanmasının ardından Bezosun xalis aktivləri (sərvəti) 88,7 milyard dollara geriləyib, Gates də 89,8 milyard dollarlıq sərvətilə yenidən siyahıda ilk yerə çıxıb.
İKİNCİ RÜB XALİS MƏNFƏƏTİ 77 FAİZ AZALIB
Amazon-un səhmlərinin dəyərdən düşməsinə şirkətin xalis mənfəətinin kəskin azalması səbəb olub.
"Marja" xəbər verir ki, Amazon-dan verilən açıqlamaya görə, şirkətin bu ilin ikinci rübündəki xalis mənfəəti, keçən ilin eyni dövrü ilə müqayisədə 77 faiz azalaraq 197 milyon dollara geriləyib. Şirkət, ötən ilin aprel-iyun dövründə 857 milyon dollar xalis mənfəətəldə etmişdi.
Digər tərəfdən, Amazon-un bu ilin ikinci rübündəki gəlirlərinin keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artımla 38 milyard dollara çatdığı qeyd edilib. Şirkət, keçən ilin aprel-iyun dövründə 30,4 milyard dollar cəmi gəlir açıqlamışdı.
Amazon-un xalis mənfəətinin azaldığı açıqlandıqdan sonra, Nyu-York birjasında aparılan məhdud əməliyyatlarda şirkət səhmləri 3,2 ucuzlaşaraq 1012 dollara qədər geriləyib.
Analitiklər, xalis mənfəətin kəskin azalması səbəbilə Amazon səhmlərində əsl ucuzlaşmanın bu gün baş verə biləcəyini xəbərdarlıq edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
17 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)







.jpg)







