Abdolbari Gozal “Qarabağ”ı təbrik etdi
(®) “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, “Qarabağ” Futbol Klubunun fəxri prezidenti Abdolbari Gozal komandanın rəhbərliyi ilə görüşüb.
Görüşdə klubumuzun vitse-prezidenti Fevzihan Aras, direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev iştirak edib.
Fəxri prezident “Qarabağ”ın ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə düşməsini böyük uğur kimi qiymətləndirib. Norveçin “Molde” klubunu 1:0 hesabı ilə məğlub etməklə qrup mərhələsinin I turunda qələbə qazanan ilk Azərbaycan klubu olmasına toxunan Abdolbari Gozal “Qarabağ”ı bu uğurlar münasibətilə təbrik edib.
O, Asif Əsgərovu Avropa Klublar Birliyinin (European Club Association) 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib, beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olan funksionerə uğurlar arzulayıb. Fəxri prezident klubumuzun artıq təkcə futbolçu deyil, idarəçilər də yetişdirməsini fəxrlə vurğulayıb. Abdolbari Gozal görüşün sonunda İdarə Heyətinin üzvlərinə tapşırıq və tövsiyələrini verib, komandaya beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
-
3 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















