Azərbaycanda gübrənin satış qiymətində endirim edildi
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti səpin mövsümündə bir neçə adda gübrənin qiymətində endirim edib.
ASC-nin yaydığı məlumatda bildirilir ki, xüsusilə də, yeni gətirilmiş nitroammofoksa gübrəsinin qiyməti hazırki bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağıdır. Fermerlər artıq səpin mövsümündə bitkilərin kök sistemin inkişaf etdirilməsi üçün istifadə etdikləri nitroammafoska gübrəsinin 1 tonunu 800 manata, 50 kq-lıq kisəni isə 40 manata əldə edə bilərlər. Həmçinin, ASC-də satılan ammofos, ammonium sulfat və kalium sulfat gübrələrini də endirimli qiymətlə əldə edə bilərlər.
Qeyd edilib ki, ASC-nin mineral gübrələrin satışında etdiyi endirimlərin məqsədi fermerlərin gübrəyə olan tələbatını və əlçatanlığını təmin etmək, məhsuldarlığın inkişaf etdirilməsinə dəstək olmaq və mineral gübrədən istifadə arealını daha genişləndirməkdir.
Qeyd edək ki, taxıl bitkilərinin səpini mövsümündə tətbiq olunan nitroammofoska və ammofos gübrələri tərkibindəki fosforun təsiri ilə məhsuldarlığı artırır, əlavə olaraq nitroammofoska gübrəsində olan kalium bitkinin şaxtaya və xəstəliklərə qarşı müqavimətini artırır. Kalium sulfat kalium elementi ilə zəngin olan, əsasən kökümeyvəli bitkilər üçün əvəzolunmaz gübrədir. Sitrus bağları və çay bitkilərinin azota olan tələbatının ödənilməsi üçün isə ən yaxşı seçim kimi ammonium sulfatı misal göstərmək olar. Adları çəkilən mineral gübrələr ilə təchiz olunmuş “Aqroservis” ASC-nin müvafiq anbarları fermerlərimizin təminatı üçün hazır vəziyyətdədir.
Vətəndaşlar mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün 1659 Satış Mərkəzinə zəng edərək müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























