Yeni Klinikada ilk dəfə döyünən ürəkdə açıq ürək əməliyyatı icra olundu
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində döyünən ürəkdə aorta koronar şuntlama əməliyyatı (AKŞ) icra olunub.
“Yeni klinika”nın yaydığı məlumtda bildirilir ki, ürəyin xroniki işemik xəstəliyi diaqnozu ilə Yeni Klinikaya müraciət edən 1961-ci il təvəllüdlü Cəmilə Kərimovanın (xəstənin razılığı ilə məlumatlar təqdim edilir) ürək damarında - sol ön enən arteriyanın (LAD) proksimalının uzun seqmentinin 100% darlığı müşahidə edilib.
Ürək-damar cərrahları tərəfindən açıq ürək əməliyyatına alınan xəstəyə döyünən ürəkdə (Off Pump - Beating Heart) aorta koronar şuntlama əməliyyatı icra olunub.
Uğurla həyata keçirilən döyünən ürəkdə AKŞ əməliyyatından 4 gün sonra xəstə ambulator müalicə üçün evə yazılıb.
Qeyd edək ki, daha öncə Xidmətlər Zərfi daxilində aorta koronar şuntlama əməliyyatının (AKŞ) icra olunduğu Yeni Klinikada döyünən ürəkdə AKŞ əməliyyatı da ilk dəfə olaraq həyata keçirilib.
Xatırladaq ki, 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sisteminin tətbiq olunduğu “Yeni klinika” tibb müəssisəsində bir sıra əməliyyatların icrası təmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
28 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


























