Qlobal bank Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı proqnozunu yenilədi
HSBC Türkiyədə uçot dərəcəsi ilə bağlı il sonu proqnozunu 30 faizdən 32,5 faizə yüksəldib. Bank 2023-cü il üçün iqtisadi artım proqnozunu 4,4 faiz səviyyəsində saxlayıb.Qlobal bank və maliyyə xidmətləri şirkəti HSBC Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz dərəcəsi ilə bağlı proqnozunu yeniləyib.
Marja.az xəbər verir ki, HSBC, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı il sonu proqnozunu 30 faizdən 32,5 faizə yüksəldib.
Bankın hesabatında Türkiyənin qısamüddətli perspektivinin son dörd ayda nəzərəçarpacaq dərəcədə yaxşılaşdığı, Mərkəzi Bankın yeni komandasının pul və makroprudensial siyasətləri sərtləşdirdiyi və daha əvvəl həyata keçirilən bəzi tənzimləyici tədbirləri yumşaltmağa başladığı vurğulanıb.
Banka görə, Türkiyədə risklər davam edir.
HSBC hesabatında Türkiyədə disbalansların (inflyasiya, valyuta təklifi, mərkəzi bankın ehtiyatları) böyük olduğunu və onların həllinin çətin uyğunlaşma prosesi tələb edəcəyini bildirib.
HSBC, 2023-cü ildə Türkiyə iqtisaadiyyatının artımını 4,4% olaraq təxmin etməyə davam etdiyini bildirib. 2024-cü il üçün ÜDM artımı proqnozu 4,1 faizdən 3,0 faizə endirilib.
Bank pul siyasətinin əvvəlkindən daha da sərtləşdiriləcəyini və bu ilin sonunda uçot dərəcəsinin 32,5 faiz olacağını gözləyir. Əvvəlki proqnoz 30% idi.
Bank 2023-cü il üçün daha məhdud büdcə kəsiri gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
13 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)




