“Ofisait” vətəndaşlar ilə birlik olub - EHTİYACI OLAN AİLƏLƏRƏ ÇANTALAR TƏQDİM EDİLDİ
"İnci Şirkətlər Qrupu"na məxsus olan “Ofisait” mağazalar şəbəkəsinin “1 çantanı dolduraraq, 1 məktəblinin təhsilində payımız olsun” şüarı ilə başladığı “1 çanta, 1 təhsil” dəstək layihəsinə aid çantalar ehtiyaclı ailələrə təqdim edilib.
Şirkətdən Marja.az-a daxil olmuş məlumata görə, 10 sentyabr 2023-cü il tarixində "Super Ofisait" mağazasının "Şuşa" zalında "1 çanta, 1 təhsil" layihəsinin açılışı baş tutub. Qeydiyyatdan keçib, şərtlərə uyğun gələn ehtiyaclı ailələrin bir qismi ilə əlaqə saxlanılaraq, "Super Ofisait" filialına dəvət edilib. Ailələrə çantalar təqdim olunub və xeyir-dualar verilib.
“Ofisait” layihədə dəstəkçi qismində iştirak edərək, ianə edən xeyirxah vətəndaşlara öz təşəkkürünü bildirir.
“1 çanta, 1 təhsil” layihəsi sentyabr ayının sonuna kimi davam edəcəkdir.
Qeyd edilib ki, qısa zamanda 5000-dən çox müraciət olmuş, yoxlanışdan sonra 3000 ailənin şərtlərə uyğun olduğu müəyyən edilərək siyahıya daxil edilmişdir.
Layihənin şərtinə görə “Ofisait” tərəfindən ayrılan çantalara, vətəndaşlar tərəfindən alınaraq ianə edilən məktəb ləvazimatları yığılaraq ehtiyacı olan ailələrə təqdim olunur.
"Dəyərli vətəndaşlar, siz də 1 məktəblini sevindirmək istəyirsinizsə, ofisait.az saytına daxil olub, "dəstək ol" düyməsindən keçid edib, büdcənizə uyğun olan dəstək paketi seçərək 1 çantanı doldura bilərsiniz",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 4 saat sonra
-
- 19 saat əvvəl
-
23 saat əvvəl
Dünyanın ən böyük qızıl ehtiyatı: Yerdəki bütün qızılın 99,999%-i oradadır
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçında ağacəkmə aksiyası keçirilib
-
2 gün əvvəl
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
2 gün əvvəl
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
-
2 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
Pfizer, Metsera-nı 10 milyard dollara alır
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
Ən çox oxunanlar
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Noyabrın 9-da gözlənilən hava şəraiti
Bakıda Zəfər muzeyinin açılışı olub
Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi
Azərbaycan Zəfər Gününü qeyd edir
Bank Naxçıvanda yeni konsepsiya ilə filial açıb














.jpg)



.jpg)
