Türkiyənin maliyyə naziri lirənin məzənnəsi ilə bağlı siyasəti açıqlayıb

Türkiyənin maliyyə naziri Mehmet Şimşək bazar ertəsi günü türk lirəsinin dollara məzənnəsi ilə bağlı hədəflər qoyulmadığını, məzənnənin sərbəst şəkildə dəyişməsinə icazə verildiyini bildirib.
Marja.az xəbər verir ki, Şimşək NTV kanalına müsahibəsində deyib: "Məzənəyə (dollar/lirə- red.) dair heç bir hədəfimiz yoxdur, heç bir proqnoz vermənin də mənası yoxdur. Biz ortamüddətli proqram hazırlamışıq, onda dəyişikliklər ola bilər".
Nazir hakimiyyətin inflyasiyanı birrəqəmli rəqəmlərə endirmək məqsədini təkrarlayıb, lakin qeyd edib ki, göstəricilərdə azalma 2024-cü ilin ikinci yarısından tez gözlənilmir. O, Mərkəzi Bankın uçot dərəcəsini artırması ilə inflyasiyanın yavaşlamağa başlayacağını qeyd edib.
Şimşek həmçinin bildirib ki, hakimiyyət əhaliyə verilən kreditlərin həcmini azaltmaq niyyətindədir.
“Birinci əmlakın kreditlə əldə edilməsi ilə bağlı heç bir dəyişiklik olmayacaq. Amma vətəndaş ikinci, üçüncü mənzili və ya kurortdan ev alarsa, biz ona kredit dəstəyi göstərməyəcəyik. Biz ciddiyik, bu sahədə kreditləşməni məhdudlaşdıracağıq”, - deyə nazir qeyd edib.
Şimşək BƏƏ-nin Türkiyədəki layihələrə təxminən 51 milyard dollar sərmayə qoymağı planlaşdırdığını da xatırladıb, bunun 27 milyard dollarının bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə olacağını deyib. Nazirin sözlərinə görə, Dünya Bankı da Türkiyəyə yardım üçün əlavə 18 milyard dollar ayırmaq və bununla da yardım paketini 35 milyard dollara çatdırmaq niyyətini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
16 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
18 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
18 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
19 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 19 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
