“Azərsığorta”dan Türkiyəyə işgüzar səfər
(®) Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu və aparıcı sığorta şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti sığorta bazarının daha da inkişaf etməsi üçün işgüzar səfərlərinə davam edir. Bu məqsədlə edilən növbəti səfər qardaş ölkə Türkiyə Cumhuriyyətinə olmuşdur.
Qeyd edək ki, sözügedən səfərdə “Azərsığorta" şirkətinin İdarə Heyəti sədrinin müşaviri, ASA-nın ekspert qrupunun üzvü Ceyhun Qurbanlı da iştirak etmişdir.
Səfər çərçivəsində Türkiyədə sığorta bazarında söz sahibi olan qurumlarla müxtəlif görüşlər keçirilmişdir. Bir neçə gün davam edən səfərdə “Türkiyə Sığorta Birliyi – TSB”, “Sığorta Bilgi və Müşahidə Mərkəzi - SBM”, “Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyi – SEDDK”, “Türkiyə Palatalar və Birjalar Birliyi - TOBB”, həmçinin Türkiyənin aparıcı sığorta şirkətləri olan “Anadolu Sığorta” və “QUİCK Sığorta” şirkətlərinin rəhbər işçiləri ilə görüşlər keçirildi. Keçirilən görüşlərin məqsədi ölkəmizdə inkişaf etməkdə olan sığorta bazarının daha da optimallaşması və vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması istiqamətində addımların atılmasıdır.
Səfər zamanı adları çəkilən qurumlarla yanaşı “Audatex” qiymətləndirmə sisteminin Yaxın Şərq, Şimali Afrika, Türkiyə və Azərbaycan üzrə direktoru ilə də görüş keçirilmiş, mövzu üzrə müvafiq müzakirələr aparılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)


.jpg)


