Çin avtomobilləri Rusiya bazarını "işğal edir"
Rusiyada yeni minik avtomobillərinin satışı avqustda 2,6 dəfə artıbAvqust ayında Rusiyada yeni minik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 109,7 min ədəd təşkil edib.
Marja.az xəbər verir ki, bu, "Avtostat" agentliyinin hesabatında bildirilir.
Eyni zamanda, səkkiz ayda 606 952 yeni minik avtomobili satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% çoxdur.
Lada və Çinin bütün istehsalçılarının satışları artıb, Kia (-53,2%), Hyundai (-54,3%) və Toyota (-34,4%) şirkətlərinin satışları isə azalıb.
Rusiya bazarının lideri yerli Lada markası olaraq qalır, onun payı avqustda 26%-i ötüb (bir il əvvəl bu, təxminən 37% idi). Ölkədə 28 721 tam yeni Lada minik avtomobili satılıb. Xarici avtomobillər arasında ikinci yeri və liderliyi Çinin Chery brendi (13 412 ədəd) tutur. İlk 5-liyə həmçinin Çin Haval (10 979 ədəd), Geely (8 838 ədəd) və Changan (6 869 ədəd) brendləri daxildir.
Ən populyar modellərə gəlincə, Lada Granta liderliyi qoruyub saxlayır: avqustda 16 037 avtomobil satılıb (ötən avqust ayı ilə müqayisədə 41,9% artım). İkinci yerdə Chery Tiggo 7 PRO Max qərarlaşıb (6092 avtomobil). İlk üçlüyü Haval Jolion bağlayır (5284 ədəd. artım 2,6 dəfə). Reytinqdə sonrakı yerləri Lada Vesta (5128 avtomobil, artım 2,7 dəfə) və Omoda C5 (4632 avtomobil) tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)







