“Veysəloğlu Distribusiya” şirkətinin Satış Akademiyası təlimçilər yetişdirəcək
Şirkət əməkdaşlarının 31 faizini gənclər təşkil edir
(®) Veysəloğlu Şirkətlər Qrupuna məxsus olan “Veysəloğlu Distribusiya” şirkətinin Satış Akademiyası 2023-cü ilin avqust ayında fəaliyyətə başlayıb. Satış Akademiyasının açılış mərasimində şirkətin rəhbər heyəti və Türkiyədən dəvət olunmuş, 25 ildən artıq satış konsultantı təcrübəsinə malik Fuat Okçuoğlu və Sedat Gülerman iştirak ediblər. Konsultantlar 1 ay ərzində şirkətin daxili təlimçilərinə təlimlər keçəcəklər.
Satış Akademiyasının məqsədi “Veysəloğlu Distribusiya” şirkətinin satış heyətinin texniki, idarəetmə və liderlik bacarıqlarını təkmilləşdirməklə şirkətin davamlı satışlarını və gəlirliliyini artırmaqdır. Akademiyanın fəaliyyəti çərçivəsində şirkətdə uzunmüddətli təcrübəyə malik 20 nəfər potensiallı gəncin təlimçi kimi yetişdirilməsi nəzərdə tutulub.
Akademiyanın açılışı zamanı “Veysəloğlu Distribusiya” şirkətinin İnsan Resursları və Dəstək Xidmətləri Direktoru Samir Əmirov bildirib: “Satış Akademiyasını yaratmaqla, insan kapitalına böyük bir investisiya edirik və bu, əməkdaşların peşəkar inkişafı üçün mühüm addımdır. İnanırıq ki, satış təlimləri biznesin inkişafına real töhfə verəcək.”
Şirkətdə il ərzində aktiv şəkildə əməkdaşlar üçün satış, merçendayzinq, biznes etikası, effektiv ünsiyyət, liderlik, zamanın idarə olunması, konfliktlərin idarə edilməsi, ümumi idarəetmə, biznes analitika, ticari marketinq, Power BI və s. mövzularda təlimlər keçirilir.
Dünyanın ən böyük onlayn öyrənmə platformalarından biri olan UDEMY ilə əməkdaşlıq çərçivəsində şirkətin yüzlərlə əməkdaşı 20 mindən çox 4-5 fərqli dildə təlim proqramlarına çıxış imkanı əldə edirlər.
Qeyd edək ki, “Veysəloğlu Distribusiya” şirkəti müxtəlif təcrübə proqramlarını təşkil edərək universitetlərdən yeni məzun olmuş gənclərin əmək bazarında layiqli yer tutması üçün onlara müxtəlif sahələrdə təcrübə qazandırır.
Şirkət ölkənin ən böyük işəgötürənlərindən biri olmaqla dövlət və özəl müəssisələrlə əməkdaşlıqların qurulmasında da maraqlıdır. “Veysəloğlu Distribusiya” insan resursları sahəsində əhəmiyyətli layihələrdə iştirak etməklə və potensiallı gənc kadrların kəşf olunması üçün mütəmadi olaraq karyera sərgilərinə qatılmaqla gənc istedadların işlə təmin olunmasına, habelə onların inkişafına və bacarıqlarının təkmilləşdirilməsinə dəstək göstərir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 50 d. sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 7 d. əvvəl
-
45 d. əvvəl
Ayaqqabı istehsalında dünya nəhəngi Camper brendi Bakıda - FOTO/VİDEO
- 1 saat əvvəl
-
9 saat əvvəl
Qızıl sürətlə ucuzlaşdı - Qiymətində son 12 ilin ən böyük enişi baş verdi
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Stellantis ABŞ-da 13 milyard dollarlıq investisiya planlaşdırır
-
14 saat əvvəl
Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

Rəsmi məzənnələr açıqlandı

İsrail aviaşirkəti Təl-Əvivdən Bakıya reysləri bərpa edir

Coca-Cola-nın 3-cü rüb gəliri proqnozları üstələyib
Ən çox oxunanlar

Stellantis ABŞ-da 13 milyard dollarlıq investisiya planlaşdırır

Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb

9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə razılaşmalar əldə edib

Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi
