“Rabitəbank”ın vəziyyəti məlum oldu
“Rabitəbank” ASC 2017-ci ilin birinci yarısını 421 min manat xalis mənfəət ilə başa vurub.
Halbuki, 2015-ci ilin birinci yarısında Bankın vergidən əvvəlki mənfəəti 2 milyon 415 min manat, 2016-cı ilin eyni dövründə isə 14 milyon 182 min manat zərər təşkil etmişdi.
“Marja” xəbər verir ki, cari lin yanvar-iyun dövründə “Rabitəbank”ın cəmi gəlirləri 19 milyon 925 min manat təşkil edib. Bank ötən ilin anoloji dövründə 20 milyon 193 min manat cəmi gəlir əldə etmişdi.
2016-cı ilin birnci yarısı ilə müqayisədə cari ilin 6 ayında Bankın faiz gəlirləri 15 milyon 584 min manatdan 12 milyon 121 min manata düşsə də, qeyri-faiz gəlirləri 70%-ə yaxın artaraq 4 milyon 609 min manatdan 7 milyon 804 min manata qalxıb.
AKTİVLƏRİ VƏ KAPİTALI ARTIB
30 İyun 2017-ci il tarixində “Rabitəbank” ASC 667 milyon 857 min manat cəmi aktivlərə, 581 milyon 778 min manat cəmi öhdəliklərə və 105 milyon 456 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 552 m ilyon 288 min manat cəmi aktivlərə, 506 milyon 677 min manat cəmi öhdəliklərə və 60 milyon 932 min manat cəmi kapitala malik idi. Bankın aktivlərinin artması likvidliyin artması ilə bağlıdır.
Müqayisə olunan dövrdə Bankın kredit portfeli 205 milyon 205 min manatdan 192 milyon 589 min manata, müştərilərin müddətli depozitləri 255 milyon 474 min manatdan 197 milyon 189 min manata düşüb, müştərilərin cari hesabları isə 148 milyon 782 min manatdan 271 milyon 286 min manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 1 saat əvvəl
-
2 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
2 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir























