"Volt Azərbaycan" şirkəti AQTA-nın iddialarına rəsmi cavab verdi
"AQTA şirkətimizə təzyiq göstərir. Biz fəaliyyətimizi davam etdiririk, müştərilər sifarişlərini yerləşdirə bilərlər""VOLT AZƏRBAYCAN" MMC Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iddialarına rəsmi cavab verib.
Şirkətdən Marja.az-a daxil olmuş açıqlamada bildirilir:
"Dünən gün ərzində yayılmış xəbərlər ilə bağlı bildiririk ki, Wolt şirkəti öz fəaliyyətini davam etdirir. Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə, Wolt öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənmişdir.
AQTA tərəfindən "VOLT AZƏRBAYCAN" MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçmişdir".
Xatırladaq ki, dünən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edildiyi barədə məlumat yaymışdır. Qeyd edilmişdir ki, qərar qida məhsullarının çatdırılması (daşınması) zamanı aşkarlanmış nöqsanlarla əlaqədar konkret istiqamətləri əhatə edir.
Agentlik bildirmişdir ki, məhdudiyyət yoxlama zamanı konkret olaraq aşkar olunmuş qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmaması, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydalarının pozulması, nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmaması, tələblərə cavab verməyən termo çantalarla həyata keçirilməsi, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçməməsi kimi istiqamətlərini əhatə edir.
"“Volt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. Müəssisənin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.
Aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb", -məlumatda bildirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
29 d. əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
-
38 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 40 d. əvvəl
-
50 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 58 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib




















