"Rublun dollar qarşısında 104-ə qədər ucuzlaşması riskləri qalmaqdadır"
"Qısamüddətli dövrdə rublun dollara nisbətdə 104, avroya qarşı isə 114-ə kimi zəifləməsi riskləri hələ də qalmaqdadır".
Marja.az xəbər veri ki, bunu "BitRiver"in maliyyə analitiki Vladislav Antonov bildirib.
Onu sözlərinə görə, yeni həftədə Rusiyanın milli valyutası ilə bağlı mövcud vəziyyət davam edərsə, o zaman bu səviyyələrin avqustun ikinci yarısında götürülməsi üçün bütün ilkin şərtlər var.
"Ötən həftədə rubl dollar və avroya nisbətdə zəifləyərək 2%-dən çox dəyər itirib və aylıq minimumları yeniləyib. Əsas təzyiq amili idxalçılar tərəfindən artan tələb fonunda daxili bazarda xarici valyuta təklifinin olmamasıdır. Bu, ticarət balansının pisləşməsi və rublla ixrac hesablaşmalarının artması ilə bağlıdır”, - Antonov izah edib.
"Rusiya Mərkəzi Bankının fiskal qayda çərçivəsində xarici valyuta alışını müvəqqəti dayandırmaq qərarı yalnız qısamüddətli dəstək verdi. Həmçinin dinamikaya dünya bazarlarında valyuta məzənnələrinin dəyişməsi və OPEC+ sazişi çərçivəsində hasilatın azaldılması fonunda bir barelə görə 88 dollara qalxdıqdan sonra neft qiymətlərinin korreksiyası təsir edib", - Antonov əlavə edib.
ABŞ-da inflyasiya ilə bağlı dərc edilmiş məlumatlar FED-in faiz artırmasının mümkün yavaşlayacağını göstərir ki, bu da riskli aktivlər üçün əlverişlidir. Amma FED-in sentyabrda hansı qərarı verəcəyi hələ bəlli deyil, ona görə də investorlar arasında qeyri-müəyyənlik qalmaqdadır.
"Yaxın vaxtlarda Rusiya Mərkəzi Bankının gördüyü tədbirlərə baxmayaraq, rublun zəifləməsi davam edəcək. Ticarət balansının yaxşılaşması, ixrac gəlirlərinin artması və tənzimləyicinin məzənnə ilə bağlı sentyabr qərarları milli valyutanın bərpası üçün əsas əhəmiyyət kəsb edə bilər. Bundan əlavə, inflyasiya mühüm amil olaraq qalır, ona təzyiqlər artır. Azaldılmış istehlak tələbi inflyasiyanın qarşısını ala biləcək.
Neftin qiyməti müqavimət həddinə çatdıqdan sonra korreksiya və ya artım ola bilər. 89 dollar həddini keçdikdən sonra Brent markalı neftin 1 barreli üçün yeni hədəfə tədricən yüksəliş mümkündür",- Antonov fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, bu gün Moskva birjasında ticarət zamanı dolların məzənnəsi 100 rublu, Avronun məzənnəsi 109 rublu da ötüb. Bu, 23 mart 2022-ci ildən bəri ilk dəfədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
22 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
22 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















