"Bu il məhsul ötənilki kimi olmasa da, qənaətbəxşdir"
Laçın yaylaqlarına bu il 808 arıçılıq təsərrüfatı daxilində 42 min 706 arı ailəsi gətirilib. Laçınlı arıçılar artıq bal süzümünə başlayıblar.
Bölgə müxbirimiz Laçın rayonunun Mirik və Qozlu kəndləri ərazisinə gedərək, arıçılarla həmsöhbət olub, onların təəssüratlarını öyrənib.
Artıq ikinci ildir ki, təsərrüfatını doğma yaylaqlarına aparan Mirik kənd sakini Marks Vəliyev 30 ildən sonra doğma torpağa qovuşmağı ən böyük xoşbəxtlik hesab edir: “Allah bizə nəsib edib, yenidən öz Vətənimizə, doğma torpağımıza gəlmişik. Ən böyük arzumuza çatmışıq”.
Laçınlı arıçı bildirib ki, yağıntılar səbəbindən bu il məhsul ötənilki kimi olmasa da, qənaətbəxşdir: “İkinci ildir, təsərrüfatımızı doğma Laçınımıza gətirmişik. Keçən il də gəlmişdik, yaxşı məhsulla qayıtdıq. Bu il məhsul ötənilki kimi olmasa da, qənaətbəxşdir. Artıq bal süzümünə başlamışıq. İki ildir Laçın məhsulu götürürük. Özümüz istirahət edir, dağ çiçəkləri yığırıq, arılar isə keyfiyyətli məhsul toplayır. Bu il bir az bal süzümü gecikib. Amma məhsul var. Sentyabrın 20-dək burada qalmaq fikrindəyik”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























