Azərkosmos Çin şirkəti ilə hostinq xidmətlərinin göstərilməsinə dair müqavilə imzaladı
Azərkosmos hostinq xidmətlərinin göstərilməsinə dair Çinin kosmik infrastruktur və yerüstü peyk xidmətləri təqdim edən “Emposat” şirkəti ilə biznes müqaviləsi imzalayıb.
Bu barədə Azərkosmos-ın yaydığı məlumatda bildirilir.
Müqaviləyə əsasən, Azərkosmos Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportunda “Emposat” şirkətinin 7,3 metrlik S/X diapazonlu yerüstü anten sistemini quraşdırıb.
Qeyd edilib ki, bu sistem “Emposat”ın ölkəmizdə quraşdırdığı sayca ikinci uğurlu biznes infrastrukturudur. Belə ki, iki il əvvəl şirkət Bakı teleportunda özünün 4,2 metrlik S/X diapazonlu yerüstü antenini quraşdırıb. Bu infrastruktur sayəsində “Emposat” müştərilərinə peyklər və peyk şəbəkələri arasında izləmə, peyklərin sağlamlığının yoxlanılması, telemetriyanın alınması və peyklərə nəzarətin düzgün aparılması üzrə xidmətlər təqdim edir.
Azərkosmosun hostinq xidmətlərindən növbəti dəfə faydalanan “Emposat” müştərilərini yerüstü peyk xidmətləri ilə təmin edəcək. Bu da şirkətə öz resurslarını optimallaşdırmaq üçün geniş imkanlar açacaq. “Emposat”ın yeni anten infrastrukturu bazarda yüksək keyfiyyətli, asan quraşdırıla bilən, peyklərdən dəqiq siqnalları qəbul edən və sərfəli rabitə xidmətlərini genişləndirməkdə əsas rol oynayacaq.
Azərkosmosun beynəlxalq “Tier 4” sertifikatına malik olan teleportu təkcə peyklərdən alınan siqnalların izlənilməsi və nəzarəti xidmətlərini deyil, həm də hostinq, yəni qlobal şirkətlərə məxsus yerüstü stansiyanın quraşdırılması, istismarı, saxlanması kimi xidmətləri də həyata keçirir. Geniş əraziyə malik və hazırda 15-dən çox anten ilə fəaliyyət göstərən yerüstü stansiyanın unikal və əlverişli mövqeyi qlobal şirkətlərin biznes məqsədli infrastrukturlarını Azərbaycanda quraşdırmağa əsas verir.
“Bizə növbəti dəfə hostinq xidmətlərinin verilməsi üzrə etibar etdiyi üçün “Emposat” şirkətinə təşəkkür edirik. Biz birlikdə teleportumuzun imkanlarının daha da innovativ olmasına çalışırıq. Bu, Azərkosmos və “Emposat” komandaları arasında mükəmməl əməkdaşlığın göstəricisidir”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov qeyd edib.
“2021-ci ildə biz Azərkosmosun dəstəyilə Bakıda ilk xarici stasionar stansiyamızı tikdik. Biz çox şadıq ki, 7,3 metr anten vasitəsilə peyklərdən aldığımız məlumatların qəbul imkanlarını təkmilləşdirəcəyik. Biz Azərkosmos ilə əməkdaşlığımızı bütün aspektlərdə genişləndirməyi səbirsizliklə gözləyirik”, – “Emposat”ın birinci vitse-prezidenti Donq Vei bildirib.
Qeyd edək ki, oktyabrda Bakının ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresində Çinin “Emposat” şirkəti də təmsil olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
25 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
26 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 48 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir























