Ən yuxarı (mobil)-2_30

“Unibank”ın manat istiqrazlarını alanlar 2,7 milyon manat faiz gəliri qazanıblar

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unibank”ın manat istiqrazlarını alanlar 2,7 milyon manat faiz gəliri qazanıblar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Unibank” KB ASC tərəfindən 27.01.2022-ci il tarixində emissiya edilən 20 milyon manatlıq manat istiqrazları üzrə əsas məbləğin və sonuncu kupon məbləğinin ödənişi həyata keçirilib. 

Bankın yaydığı məlumatda bildirilir ki, sonuncu kupon məbləği 450 000 manat təşkil edib. Ümumilikdə 18 ay ərzində kupon ödənişlərinin miqdarı 2 milyon 700 min manat həcmində hesablanıb və müştərilərin hesablarına köçürülüb. İstiqrazların alıcılarına tədavül müddətinin sonunda ümumilikdə 20 milyon 450 min manat ödənilib.

Reklam_3_11

Qeyd edək ki, sayı 20 min ədəd olan istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 9%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 18 ay idi. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 9 iştirakçı tərəfindən alınmışdı. Yüksək likvidliyə malik manat istiqrazları hərrac prosesində yüksək maraqla qarşılanmışdı. 

Emissiyanın təşkilatçısı və marketmeykeri “Unicapital İnvestisiya Şirkəti” ASC olub. 

“Unibank” KB ASC-nin bütün istiqrazları BFB-nin ali listinq dərəcəsi olan premium bazar seqmentinə keçirilib. Premium bazar seqmentində Dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən, qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən emitentlərin qiymətli kağızları ticarət olunur. 

31.07.2023 17:05
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18