Dollar indeksində 100 bənd səviyyəsi mühümdür - GÜNƏ BAXIŞ
ABŞ iqtisadiyyatının ilin ilk rübündə ehtimalların üzərində artım performansı göstərməsi fonunda dollar indeksi cümə axşamı ticarət gününü artımla başa vurdu.
ABŞ Ticarət Nazirliyinin açıqladığı ilkin məlumatlara görə, bu ilin ikinci rübündə ölkədə ümumidaxili məhsulun həcmi (ÜDM) 2.4% artıb. Sözügedən dövrdə ölkə iqtisadiyyatının 1.8% böyüyəcəyi proqnozlaşdırılırdı.
Bundan əlavə, birinci rübdə 4.1% artan fərdi istehlak xərcləri qiymət indeksinin ikinci rübdə 2.6% artması və proqnozların altında qalması qiymət təzyiqlərinin azaldığını göstərir.
Həmçinin Amerikada ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı iyulun 22-də bitən həftədə 221 min nəfərə enərək son 5 ayın ən aşağı səviyyəsini görüb.
ABŞ-da uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş məhsulların sifarişləri proqnozlaşdırılandan daha çox - aylıq müqayisədə 4.7% - artarkən, malların ticarət balansı isə aylıq müqayisədə 4.4% azalaraq 87.8 milyard dollar təşkil edib.
Ölkədə gözlənilən mənzil satışları indeksi isə iyun ayında azalma ehtimallarının əksinə 0.3% artaraq fevral ayından bu yana ilk artımını qeyd etdi.
Digər tərəfdən, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) böyük bankların kapital tələblərinin artırılması təklifini təsdiqləyib. Noyabrın 30-na qədər ictimai rəy üçün açıq qalacaq təklifin iri banklar üçün kapital tələblərinin ümumilikdə 16% artması ilə nəticələnəcəyi təxmin edilir.
Bankların dəyişikliklərə uyğunlaşması üçün keçid müddəalarını da ehtiva edən təklif çərçivəsində iri banklar yeni sistemə keçidə 1 iyul 2025-ci il tarixindən başlamalı və 1 iyul 2028-ci il tarixindən etibarən tam uyğunluğu təmin etməlidirlər.
Bugün isə Almaniyada açıqlananacaq ÜDM-in həcmi və İstehlak Qiymətləri İndeksi göstəriciləri, eləcə də Amerikada dərc olunacaq şəxsi xərclərə dair statistiq rəqəmlər investorların diqqət mərkəzində olacaqdır.
Qeyd edək ki, hazırda 101.80 bənd səviyyəsində qərarlaşan DXY-da “ayılar” qiyməti 100 bənd səviyyəsindəki psixoloji dəstək həddinin altına qaytara bilsələr, dollarda eniş tendensiyası dərinləşə bilər. “Buğalar”ın güclü olduğu bir ssenaridə isə 103.50 bənd səviyyəsi olduqca önəmli psixoloji hədd olaraq aktuallığını qoruyur.
Məlumat İnvest - AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
1 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
-
2 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 2 saat əvvəl
-
7 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 7 saat əvvəl
-
7 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Ən çox oxunanlar
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb






















