Minimum əməkhaqqının artırılması "Azərpoçt"un xərclərini 15% artırıb
Bu ilin I yarısında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC 4,2 milyon manat əməliyyat mənfəəti, 2,3 milyon manat xalis mənfəət əldə edib.
Bunu keçirdiyi brifinqdə şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.
Onun sözlərinə görə, hesabat dövründə "Azərpoçt"un gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3% çox - 33 milyon manat, xərcləri isə 16 % çox - 31 milyon manat təşkil edib.
"Xərc artımının 55 %-i əməkhaqqı xərclərinin payına düşüb. Bu xərclər son 1 ildə 15 % artıb. Səbəb bu ildən ölkədə minimum əməkhaqqının 300 manatdan 345 manata çatdırılmasıdır. “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə I rübdə 540 nəfərin maaşı 500 manata qədər artırılıb", - deyə Ə.Cəlilov qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
-
1 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
1 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
3 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Ən çox oxunanlar
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım






















