"Azərpoçt" ilk dəfə poçt xidmətlərindən daha çox maliyyə xidmətlərindən gəlir götürüb - ZƏRƏRDƏN MƏNFƏƏTƏ KEÇİB
"Azərpoçt" MMC 2022-ci ili 4 milyon 336 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, dövlət şirkəti 2021-ci ili 5 milyon 439 min manat xalis zərər ilə bağlamışdı. "Azərpoçt"un zərərdən mənfəətə keçməsi gəlirlərinin artması, əsasən də maliyyə xidmətlərindən gəlirlərinin artması hesabınadır. Ötən il Şirkətin maliyyə xidmətləri üzrə əldə etdiyi gəlirlərin poçt xidmətləri üzrə əldə etdiyi gəlirləri üstələməsi diqqəti çəkir.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Azərpoçt"un cəmi gəlirləri 2022-ci ildə 2021-ci illə müqayisədə 14 milyon 533 min manat və ya 36% aratarq 54 milyon 885 min manata yüksəlib. Şirkət 2021-ci ildə 40 miylon 352 min manat cəmi gəlir əldə etmişdi.
O cümlədən, ötən il "Azərpoçt"un maliyyə xidmətləri üzrə əldə etdiyi gəlirlər 11 milyon 114 min manat artaraq 23 milyon 250 min manata, poçt xidmətləri üzrə gəlirlər 2 milyon 218 min manat artaraq 20 milyon 355 min manata, digər xidmətlər üzrə əldə olunan gəlirlər 1 milyon 92 min manat artaraq 11 miylon 280 min manata yüksəlib.
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2022-ci il tarixində "Azərpoçt" MMC 624 milyon 8 min manabt cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 434 milyon 376 min manat cəmi kativlərə malik idi. Beləliklə, ötən il "Azərpoçt"un cəmi aktivləri 189 milton 631 min manat artıb. Ötən il Şirkətin qiymətli kağızlara investisiyaları isə 65 milyon 210 min manat aratarq 164 milyon 532 min manata yüksəlib.
“Azərpoçt” MMC ənənəvi poçt xidmətləri ilə bərabər, şirkətin “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. 31 dekabr 2022-ci il tarixinə “Azərpoçt” 5000-dən artıq işçi çalışıb.
Qeyd edək ki, 2 mart 2021-ci il tarixindən "Azərpoçt" MMC-nin Baş direktoru vəzifəsi bank sektorunda böyük təcrübəyə malik olan Əfqan Cəlilova həvalə edilib.
"Azərpoçt" MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə təmsil olunmaqla, 100% Azərbaycan dövlətinin mülkiyyətindədir.
Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2021-ci il tarixli 1325 nömrəli Fərmanı ilə 1 sentyabr 2021-ci il tarixində “Azərmarka” MMC Cəmiyyətə birləşdirilmişdir. Hər iki müəssisə Hökumətin ümumi nəzarəti altında olduğundan “Azərmarka” MMC-nin aktiv və öhdəlikləri birləşmə tarixinə xalis aktiv qalığı ilə Cəmiyyətə birləşdirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
2 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
3 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!























