Nazir ərəb şirkətilə Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsini müzakirə edib
“Acwa Power” şirkətinin İdarə Heyətinin sədri ilə bərpa olunan enerji əməkdaşlığı müzakirə olunubSəudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması layihəsi, eləcə də SOCAR ilə potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşündə qeyd edib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir. Bu istiqamətdə bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlərdən olan “ACWA Power” şirkəti ilə əməkdaşlığa önəm verilir. Ötən il şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanılıb və bu layihə Azərbaycanda bərpa olunan enerji baxımından gözlənilən böyük dəyişikliklərdən xəbər verir.
Görüşdə ölkəmizdə “yaşıl” enerji layihələrinin reallaşdırlması məqsədilə tətbiq olunan stimullar barədə məlumat verilib, şirkətin Azərbaycanda həyata keçirdiyi külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi, eləcə də SOCAR ilə potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)




